Türkiyə idmançıları Suqovuşandakı yarış üçün Azərbaycana gəldilər

13:17 04-05-2022 | icon 382 | İdman
Türkiyə idmançıları Suqovuşandakı yarış üçün Azərbaycana gəldilər

Qardaş ölkə Türkiyənin avarçəkənləri beynəlxalq yarış üçün artıq Bakıya gəlib.

 

Versus.Az xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatasının başlamasına iki gün qalıb.

 

Artıq iştirakçı ölkələrdən Türkiyə komandası da bu gün səhər saatlarında Bakıya gəlib. Qonaqlar Heydər Əliyev adına Hava Limanında böyük coşqu ilə qarşılanıb. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının nümayəndələri Türkiyə komandasını salamlayıb və onlara yarış haqqında məlumat verib. Daha sonra könüllülərdən ibarət qrup idmançılara xüsusi hədiyyələr təqdim edib.

 

Qeyd edək ki, Türkiyə “Prezident kuboku”nda 12 idmançı ilə mübarizə aparacaq. Yarışlar iki gün davam edəcək. Reqata mayın 6-sı Suqovuşanda start götürəcək. İlk gündə kayak və kanoe üzrə qaliblər müəyyənləşəcək. Mayın 7-si isə idmançılar Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman mərkəzində akademik avarçəkmə üzrə mübarizə aparacaq. “Prezident kuboku”na Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR