Mesaja cavab verməməkdə ittiham edildi

11:35 05-05-2022 | icon 401 | İdman
Mesaja cavab verməməkdə ittiham edildi

Çempionlar Liqasının yarımfinalında “Vilyarreal”la cavab görüşündən sonra mətbuata açıqlama verən “Liverpul”un müdafiəçisi Virdjil van Deyk sabiq fransız futbolçu Tyeri Anridən şikayət edib.

 

Niderlandlı futbolçu deyib ki, o, Tyeri Anriyə mesaj yazsa da qarşı tərəf onun salamını cavabsız qoyub.

 

Öz növbəsində “Liverpul”un vitse-kapitanı Ceymi Karrager T.Anridən məsələyə aydınlıq gətirməsini istəyib.

 

T.Anri tanımadığı nömrələrdən zəng gələndə telefona cavab vermədiyini bildirib.

 

“Onun (Virdjil van Deyki nəzərdə tutur – red) nömrəsi məndə yoxdur. Telefonumu dəyişdirərkən nömrələri də oraya köçürdüm. Lakin Van Deykin nömrəsi məndə olmayıb”, - 44 yaşlı fransız bildirib.

 

Öz növbəsində Ceymi Karrager Virdjil van Deyki hazırda planetin ən güclü futbolçusu olduğunu xatırladıb və Anridən futbolçuya cavab verməsini xahiş edib.

 

Qeyd edək ki, Tyeri Anri hazırda ABŞ-ın CBS Sports televiziya kanalında futbol oyunlarını şərh edir. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR