Qərb erməni etiraz aksiyalarına niyə göz yumur?

14:59 07-05-2022 | icon 379 | Siyasət
Qərb erməni etiraz aksiyalarına niyə göz yumur?

Çingiz Qənizadə: "Ermənistanda aksiyaçılara qarşı Qərbdən hər hansı əks bəyanatı görməyəcəyik”

 

Ermənistanda Paşinyan hökumətinə qarşı etiraz aksiyaları davam edir. Nədənsə hələ də Qərb, Avropanın insan haqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar susur. Azərbaycanda ən xırda insidentə belə durmadan əks reaksiya verən, insan haqlarının pozulması iddiası ilə prosesləri şişirdən Qərb dairələri nədənsə Ermənistanda 1 həftədən çox gedən etiraz aksiyalarına, orada baş verən həbslərə göz yumur.

 

Görəsən Qərb Ermənistanda baş verən bu etiraz aksiyasına, pozulan insan hüquqlarına münasibətsiz qalmağını hansı standartlarla ölçür?

 

Versus.az xəbər verir ki, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə ilk növbədə hesab edir ki, Ermənistanda keçirilən etiraz aksiyalarının “dinc” keçirilməsini söyləmək bir qədər yanlış olar. Onun sözlərinə görə,  etirazçılar aqressiya nümayiş etdirir, yolları bağlayır, müəyyən məsələlərdə polisin tələblərinə qarşı çıxaraq aqressiya nümayiş etdirir.

 

Hüquqşünas bildirib ki, nümayişçilərin dinc aksiya keçirdikləri deyilsə də, yolların maşınlarla bağlanması, zibil qablarının yollara tökülməsi, maşın təkərlərinin yollara yığılıb yandırılması bunun əksini deyir və bu hərəkətlər digər vətəndaşların da hüquqlarının pozulmasıdır:

 

“Əgər yollar bağldırsa, deməli minlərlə insan öz işinə, məktəbə, xəstəxanaya gedə bilmir, bir sözlə insanların rahat sərbəst şəkildə hərəkəti məhdudlaşır. Dinc mitinq bir meydana toplaşmaq, ictimai nəqliyyata, ətrafdakılara mane olmamaq kimi başa düşülür”.

 

Ç.Qənizadə aksiyada iştirakçıların tutulması zamanı polis zorakılıqlarının müşahidə olunduğunu deyib. Hüquqşümas haqlı olaraq belə bir sual yarandığını deyib: niyə Qərb, Avropa, Amerika bu məsələlərə laqeyd yanaşır və indiyə qədər səslərini çıxartmayıblar:

 

“Unutmayaq ki, Paşinyan elə Qərbin adamıdır, SOROS-un uşaqlarından biridir. Bu baxımdan Qərb Paşinyanla əməkdaşlıq etməyə üstünlük verir. Düşünürəm ki, bu o həddə qədər davam edəcəkdir ki, artıq baş verən qanunsuzluqları gizlətmək mümkün olmayacaq. Paşinyanın hakimiyyətdə qalması bu gün Avropaya və Qərbə, eyni zamanda Qərbin dəstəyi ilə formalaşan, insan hüquqları ilə məşğul olan bir çox təşkilatlara sərf edir. Çünki bu təşkilatlar qeyri-hokumət təşkilatları olsalar da, maliyyə mənbəyi Qərbdəki dövlətlər olduğu üçün onların sifarişini yerinə yetirirlər.  Bu baxımdan biz Ermənistanda aksiyaçılara qarşı polis zorakılığı ilə bağlı  Qərbdən gələn hər hansı əks bəyanatı görməyəcəyik. Əgər mitinq iştirakçıları şüarlarında səsləndirdikləri fikirləri reallaşdırmağa çalışsalar, yəni parlament binasının, hökumət binasının tutulması, Paşinyanın istefası ilə bağlı qanun pozuntusu ilə bağlı müşahidə olunan hərəkətlərə yol versələr biz aksiya iştirakçılarına qarşı daha ciddi tədbirlərin görülməsinin şahidi olacağıq. Bu zaman nə baş verəcək, qanun çərçivəsində davranış olacaq yaxud olmayacaq, biz bunları yaxın günlərdə bir neçə dəfə müzakirə edəcək. Əlbəttə ki, Qərbin ikilistandartlı yanaşması görünür”.

 

Ç.Qənizadə hesab edir ki, hələlik Qərb Ermənistan siyasi hakimiyyətin dəyişməsində maraqlı olmadığına görə müxalifət qüvvələrin hərəkətləri ilə bağlı baş verən insidentdə hökuməti tənqid edən bəyanatlar verməyəcək. /hafta.az/

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür