“Bu zərbə Ermənistanın mövcudluğunu sual altında qoyacaq”

09:00 16-05-2022 | icon 412 | Qarabağ
“Bu zərbə Ermənistanın mövcudluğunu sual altında qoyacaq”

Emin Həsənli: “Hələ də onların tör-töküntüləri bölgədədir"

 

Ermənistan heç bir zaman beynəlxalq hüquq normalarına əməl etməyib. Heç bir zaman danışıqlarda əldə olunan razılaşmalara əməl etməyib. Azərbaycan dövləti Ermənistanı məcbur edib ki, beynəlxalq hüquq normalarına, BMT TŞ-nın qərarlarına əməl etsin. 44 günlük Vətən Müharibəsində Ermənistanı buna məcbur etdik. Ermənistan hələ də ağlını başına yığmayıb.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında hərbi ekspert Emin Həsənli Ermənistan silahlı qüvvələrinin sərhəddə atəşkəsi pozması, eləcə də separatçı ermənilərin Qarabağda özbaşına davranışlarının davam etməsi ilə bağlı açıqlamasında bildirib.

 

E.Həsənli qeyd edib ki, Ermənistan nə 9 noyabr bəyanatına əməl edir, nə də Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən danışıqlara:

“Bu Ermənistanın son şansıdır. Azərbaycanın irəli sürdüyü 5 şərti qəbul edib, ərazi bütövlüyümüzü tanıyıb, sərhədləri müəyyənləşdirib normal münasibətlər qurmalıdır. Əks halda Ermənistanın mövcudluğu sual altında olacaq”.

 

Hərbi ekspert qeyd edib ki, münasibətlərin normallaşması ilə bağlı aparılan hər danışıqdan sonra Ermənistanda ya kütləvi aksiyalar, ya da orduda müəyyən problemlər yaranır, cəbhə bölgəsində, sərhəddə atəşkəs pozulur. Onun sözlərinə görə, ermənilər atəşi pozanda da müxtəlif bəhanələr edirlər:

 

“Gah deyirlər ki, Şuşada postda əsgərimizin üstünə qumbara atan adam xəstədir. Sual olunur: əgər belədirsə niyə qumbaranı ermənilərin üzərinə atmayıb. O qədər postu keçib gələn o xəstədə qumbara hardandır? Bir dəfə də təxribat törədən erməni separatçısını sərxoş hesab etdilər. Sülhməramlılarla erməni separatçıları polis formasında Ağdərədən Kəlbəcərə gedən maşın karvanını saxlayıb yoxlama apardılar. Bunlar hamısı qeyri-qanunidir”. 

 

E.Həsənli bildirib ki, bölgədə sakit həyatın təmin olunması üçün mütləq erməni silahlı qüvvələri bölgəni tərk etməlidir:

 

“Hələ də onların tör-töküntüləri bölgədədir. Separatçılar dəfələrlə Kəlbəcər, Laçın tərəfdən Ermənistanla sərhəddə atəşkəs rejimini pozublar. Ermənistan rəhbərliyinin qərarı olmadan atəşkəs pozula bilməz. Bunun başında Paşinyan durur, Ermənistan siyasi rəhbərliyi durur. Yox əgər Ermənistan rəhbərliyi öz ordusunu idarə eliyə bilmirsə, ordu əmrə tabe olmursa, bunu da Paşinyan açıq bəyan etməlidir. Eləcə də Rusiya sülhməramlıları ilə birgə müxtəlif bəhanələr edirlər. 2016-cı il aprel hadisələrindən sonra ağıllarını başlarına yığmadılar, 2020-ci ilin sentyabrın 27-dən noyabrın 9-na qədər bunların başına dəmir yumruq dəydi. Bundan da nəticə çıxartmasalar budəfəki zərbə daha ağır olacaq. Bu zərbə Ermənistanın mövcudluğunu sual altında qoyacaq”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür