"Hər vasitə ilə Azərbaycana təzyiqləri artırmağa çalışır""

17:08 20-05-2022 | icon 374 | Geopolitika
"Hər vasitə ilə Azərbaycana təzyiqləri artırmağa çalışır""

 

 

 

Ermənistan 2020-ci il üçtərəfli bəyanatında əks olunmuş və sonrakı bəyanatlarla bir da möhkəmləndirilmiş öhdəlikləri pozur. Ermənistan kommunikasiyaların açılmasını,  sərhədlərin delimitasiyasını yubadır, birinci müharibədə əsir düşmüş minlərlə azərbaycanlının taleyi və kütləvi məzarlıqlar haqda məlumat verməkdən, vaxtilə işğal altında saxladığı ərazilərin minalanması xəritələrini təqdim etməkdən imtina edir, UNESCO-nun Ermənistandakı Azərbaycan tarixi irsinin monitorinqini sabotaj edir, Zəngəzur dəhlizi məsələsini uzadır. Eləcə də Ermənistan sərhədlərin delimitasiyası və sülh müqaviləsinə dair Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunmuş razılaşmaları pozur.

 

 

 

Versus.az xəbər verir ki, beynəlxalq hüquq məsələləri üzrə ekspert Əlövsət Abdullayev hafta.az-a bildirib ki, Ermənistanın üçtərəfli sazişə əməl etməməyinin səbəbləri aydındır.  O, belə bir şəraitdə vasitəçi tərəf olan Rusiyadan hər hansı addımların atılmasını gözləməyi absurd saydı.

 

“Rusiya nə zaman Azərbaycanın Qarabağ problemində yardımçı rol oynayıb ki... Sülhməramlı adı ilə Azərbaycan ərazisinə öz ordusunu yeritdi və həmin o “sülhmərmlı” missiyasını yerinə yetirdiyi dövrdə də Azərbaycan vətəndaşlarının öldürülməsi,  eyni zamanda hərbi qulluqçuların öldürülməsi prosesi davam elədi.  Bu gün də Ermənistan üçtərəfli saziş dediyimiz sənədi yerinə yetirməmək gücünə malik deyil.  Sadəcə  o, gücü Rusiyadan alır. Amma əvvəl olduğu kimi, bu gün də Rusiya həmin problemin həllində maraqlı deyil.  Rusiya ona görə maraqlı deyil ki, Azərbaycana müxtəlif vasitələrlə təzyiq etmək imkanını əldən buraxmaq istəmir.  Rusiyanın bugünkü mövqeyi  göz qabağındadır. Getdikcə hər tərəfdən  sıxışdırlır, iqtisadi vəziyyəti gərginləşdirilir. Bu baxımdan, o Azərbaycanın da Rusiyasnın təsir dairəsindən çıxa biləcəyindən ehtiyatlanır. Ona görə də,  hər vasitə ilə Azərbaycana təzyiqləri artırmağa çalışır.  Düşünürəm ki, bu vasitəçidən hər hansı bir addımı gözləmək absurddur”.

 

Hüquqşünas qeyd edib ki, bu məsələdə Azərbaycanın tərəfində çıxış edən əsas dövlət Türkiyədir. Onun sözlərinə görə, Rusiya Türkiyə ilə hansısa formada razılığa gəlib bu məsələnin həllində rol alıb Ermənistanı üçtərəfli sazişin bəndlərinə əməl etməyə məcbur edə bilər.

 

“Amma yaxın zamanda Ermənistanın buna əməl edəcəyinə inanmıram. Çünki  Rusiya ilə Ukrayna arasında münasibətlərin hansı formada inkişaf edəcəyi izlənilməlidir. Rusiyanın getdikcə zəifləməsi, yaxud daha çox iddialarla çıxış eləməsi  fonunda Ukraynanın güclənməsini müqayisə edəndə artıq biləcəyik ki, bizim problem hansı istiqamətdə həllini tapacaq. Problemin həlli Rusiyadan asılıdır və Rusiya da bu problemin həllini istəmir. Vəssalam”.

 

Ə.Abdullayev bildirib ki, məsələnin beynəlxalq hüquq normaları istiqamətində həll olunması da real görünmür. Onun sözlərinə görə, məsələnin o zaman beynəlxalq hüquq normaları müstəvisində həllindən söz gedə bilərdi ki, BMT xətti ilə sülhməramlı missiyası burda fəaliyyət göstərsin, eyni zamanda BMT tərəfindən tanınan sülhməramlı missiya regionda olsun.

 

“O zaman rahatlıqla söyləyə bilərdim ki, bu sülhməramlıların fəaliyyətində ciddi narahatlıqlar var, üçtərəfli saziş pozulur, əməl olunmur. Bu saziş Ermənistanın da hər hansı formadasa sülhə məcbur edə bilmir. Sazişdə məcburi tədbirlər yoxdur. Düşünürəm ki, Rusiyanın bu addımı da beynəlxalq hüquq normalarına uyğun deyil. Rusiya burda sadəcə bir vasitəçi ola bilərdi, onun sülhməramlı missiyasını yerinə yetirmək kimi səlahiyyəyi yoxdur”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili