"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"

11:28 24-05-2022 | icon 691 | Siyasət
"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"

Dinarə Məmmədova: "Cəmiyyətin bu durumu demokratik düşərgəyə də sirayət edir"

 

"Cəmiyyət həddən artıq siyasiləşib. İstənilən yerdə, hətta ictimai nəqliyyatda belə insanların müəyyən məsələlərlə bağlı siyasətdən danışdığını müşahidə edirik. Hətta evdə iki xanım telefonla danışanda belə, istər-istəməz mövzu siyasətə keçir".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova bildirib.

 

"Bir deyim var “sən siyasətlə məşul olmursansa, siyasət səninlə məşğul olacaq”. Yəni, əgər sən gedib seçkidə səs vermirsənsə, sabah bu sənin üçün problem yaradacaq. Vətəndaş öz seçicilik hüququndan istifadə etsə, normal demokaratik sistem qursa, sonra siyasətlə məşğul olmayacaq. Özü seçmir və sonra da mövcud olan hakimiyyətin siyasətini qəbul etmir. Bu da istər-istəməz gətirib mətbəxt söhbətlərinə çıxarır. Eyni zamanda insanları depresiyaya, psixoloji pozğunluq vəziyyətinə gətirir".

 

 

Dinarə xanım vurğulayıb ki, bu gün insanların üzündə bir narahatlıq, gərginlik görünür. Onun sözlərinə görə, bütün bunlar hamısı depressiv bir sindromu üzə çıxarır:

 

"Ya susur, ya da öz-özünə danışır. Sui-qəsdlər, intiharlar bundan irəli gəlir. İnsan problemləri ilə qapalı qalır və psixoloji sarsıntılar keçirir. Çünki o, böyük auditoriyada danışır eşidilmir, sonra iki-üç nəfərin yanında danışır yenə də eşidilmir, sonra tək qalır. İşsizlik, bank borcları, pulsuzluq və sair düşüncələrlə intihara əl atır. Bunlar hamısı psixoloji gərginliyə, nevroloji xəstəliyə, depresiyaya gətirib çıxarır. Görürsən ki, tanıdığın insan bir ilin içində aqressivləşir. Ona görə də, mən yenə də hakimiyyətin üzərinə qayıdıram. Hakimiyyət maraqlı olmalıdır ki, vətəndaşı sağlam, müəyyən qədər az problemli olsun. Ən azı bir az yaxşı yaşamasına kömək etsin. Vətəndaşın qarnı acdırsa, yaxşı yaşaya bilmirsə ona hansısa Avroviziya, Avropa oyunları və sair əyləncələr lazım deyil. Vətəndaş yaşayışından razı qalmalıdır ki, başqa şey haqqında danışmasın. İnsanlar səndən böyük bir şey istəmir axı".

 

Adətən belə deyilir ki, problemlər icində olan cəmiyyət özünə qapanırsa, mütləq bir partlayış olacaq. Bunu sakit dayanan müxalifət düşərgəsinə də şamil etməyin nə qədər doğru olub olmamasına gəlincə, D.Məmmədova qeyd etdi ki, bu “partlayışın” səbəbini hazırki müxalifətə şamil etmək olmaz:

 

"Əgər yığılan enerji püskürəcəksə, bu tamamilə fərqli, daha radikal qüvvələrdə olacaq. Bu təbiidir. Çünki hətta adi sızaq belə irinləyəndən sonra mütləq partlayır. Mən istəmirəm ki, cəmiyyət bu formada partlasın, radikal addımlar atılsın. Mən istəyərəm ki, hər bir proses demokratik yollarla həyata keçirilsin. Amma bu əhval-ruhiyə belə davam edərsə, partlayış nə vaxtsa baş verə bilər. Təbii ki, cəmiyyətin bu durumu demokratik düşərgəyə də sirayət edir".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür