Üçrəngli bayrağımızın İDEOLOQU

12:21 28-05-2022 | icon 524 | Siyasət
Üçrəngli bayrağımızın İDEOLOQU

Bayrağımızın üçrəngli düsturu məhz Əli Bəy Hüseynzadənin adı ilə bağlıdır

 

Bayrağımızın üçrəngli düsturu məhz onun adı ilə bağlıdır. Bütün həyatı boyu elə 3 istiqamətdə - inancımızın, milliyyətimizin və inkişafımızın yolunda fəaliyyət göstərib. Qafqaz şeyxülislamı olan babasının himayəsində böyüyüb, türk birliyinin ideoloqu olub, Qərb dəyərlərinin təbliğatçısı kimi çıxış edib.

 

Əli bəy Hüseynzadə özü haqqında “24 fevral 1864-cü ildə Qafqaz Azərbaycanında Kür nəhri sahilində − Salyanda dünyaya gəlmişəm” yazıb. Taleyi isə onu tezliklə Kürün o biri başına − Tiflisə aparıb çıxarır. Məhz burada Mirzə Fətəli Axundov balaca Əli bəyin ilk təhsilinin əsasını qoyur. Beləcə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri məhz onun adı ilə bağlıdır. Bu gün doğma yurdunda da onun adı əbədiləşdirilib.

 

Batumda imzalanan Türkiyə-Azərbaycan dostluq müqaviləsinin mətninin hazırlanmasında da böyük mütəfəkkir Əli bəy Hüseynzadə xüsusi rol oynayıb.

 

Şərqdə ilk opera sayılan Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk tamaşasının bədii tərtibatçısı, rəssamı da Əli bəy Hüseynzadə idi. Müsəlman şərqində ilk demokratik cümhuriyyət də məhz Azərbaycanda elan edilib. Əli bəyin ideoloqluğu, Üzeyir Hacıbəylinin bəstələdiyi himnimizin musiqisinin müşayiəti ilə.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür