Həmrəyliyimizin daha çox dövlətləri ətrafımızda birləşdirəcəyimizə İŞARƏ

18:56 27-05-2022 | icon 293 | Siyasət
Həmrəyliyimizin daha çox dövlətləri ətrafımızda birləşdirəcəyimizə İŞARƏ

Alp Arslan İmamqulu: “Bu müttəfiqlik Azərbaycan üçün də çox faydalıdır"

 

"Son 5 ildə Azərbaycanla Türkiyə arasında bir sıra əhəmiyyətli tədbirlərin birgə keçirilməsi diqqətçəkəndir. Ən önəmli məqam Vətən müharibəsində siyasi, mənəvi, maddi olaraq var olmasını sübuta yetirməsi aramızda olan bağları daha da gücləndirmişdir"

 

Versus.Az xəbər verir ki, bunu hərbi təhlilçi Alp Arslan İmamqulu Azərbaycanın öz müstəqillik gününü qardaş Türkiyə ilə birlikdə qeyd etməsi və digər məsələlərə toxunarkən bildirib.

 

A.A.İmamqulu eyni zamanda 2018-ci ildə Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə əlaqədar keçirilmiş hərbi paradda, həmçinin 2020-ci ildə Vətən müharibəsində qazandığımız möhtəşəm qələbəyə həsr olunmuş Zəfər paradında olduğu kimi, builki tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın birgə iştirakının Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı və müttəfiqliyinin təcəssümü paradı kimi dəyərləndirib:

 

"Bundan sonrakı dönəm üçün, xüsusən Şuşa bəyannaməsindən irəli gələn bir sıra məsələlərin həll edilməsi və müttəfiqlik zəmnində ciddi addımların atılması çox əhəmiyyətlidir. Bu müttəfiqlik Azərbaycan üçün Türkiyənin hərbi sahədə təcrübəsindən istifadə etmək və imkanlarını genişləndirməsi baxımından faydalıdır. Türkiyə-Azərbaycan müttəfiqliyinin daha sonra Türk Dövlətləri Təşkilatında olan dövlətlərə sirayət efəcəyi mütləqdir. İndidən Pakistanın Azərbaycan, Türkiyə ilə müttəfiqlikdə 3-cü bir tərəf kimi iştirak etməyi ifadə etməsini görməkdəyik. Bununla yanaşı, Orta Asiya dövlətlərinin Azərbaycanla Türkiyənin yanında olmaq istədiklərini ifadə etməsi, bu yöndə bir sıra addımlar atması, son olaraq Qazaxıstan prezidentinin Türkiyədə bir sıra müttəfiqlik sazişinə imza atması gələcək perspektivdə Azərbaycanla Türkiyə həmrəyliyinin daha çox dövlətləri ətrafında birləşdirəcəyinə işarədir".

 

A.A.İmamqulu dünyada gedən prosesləri nəzərə alaraq Türk ölkələri ilə Avropa ölkələri arasında bir güc çatmasının getdiyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ-ın Çini dəstəkləməsi bundan sonra daha çətin dönəmə keçəcəyimizə işarədir:

 

"Azərbaycan Türiyə arasında bağlılığın bundan sonra digər dövlətlərlə də həyata keçirilməsi iqtisadi böhran şəraitində ölkəmizə fayda verə bilər. Bu gün Rusiyanın Ukraynaya qarşı işğalının gələcəkdə başqa dövlətlərin də başına gəlməyəcəyindən heç kəs sığortalanmayıb. Buna görə də Azərbaycanla Türkiyə xüsusən hərbi müttəfiqlik, ittifaq içərisində olmalı və başqa güclü dövlətlərin daxil olması Azərbaycanın siyasi olaraq daha istiqrarlı olacağına işarədir”. /hafta.az/

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür