"Ermənistan tərəfdən atəşkəsin pozulması göstərişlə həyata keçirilib"

11:14 07-06-2022 | icon 584 | Qarabağ
"Ermənistan tərəfdən atəşkəsin pozulması göstərişlə həyata keçirilib"

Elxan Şıxəliyev: "Ermənilərin atəşkəsi pozması cavabsız qalmır”

 

Müharibədən sonra sülh müqaviləsinin imzalanması üçün “masaya oturdulan” işğalçı-məğlub Ermənistan təxribatçı əməllərindən geri çəkilmir. Bu mənada Ermənistanın Kəlbəcər istiqamətindən atəşkəsi pozması təsadüfi ola bilməz. Ermənilərin Kəlbəcərlə bağlı hədəfi nədir?

 

Versus.az xəbər verir ki, hərbi ekspert Elxan Şıxəliyev şərhində ilk növbədə atəşkəs regiminin pozulması səbəblərinə diqqət çəkib.

 

Bildirib ki, bu, ya müdafiə tapşırıqlarını yerinə yetirən bölmələrin nizamsızlığı üzündən pozula bilir, ya da icazəli, yaxud da göstəriş verildiyi halda baş verir

 

Hərbi ekspert Kəlbəcər istiqamətində Ermənistan tərəfdən atəşkəsin pozulmasının yalnız göstərişlə həyata keçirildiyi bildirib. E.Şıxəliyev hesab edir ki, atəşkəs həm də daxili siyasi vəziyyətlə əlaqədar komandirlərin siyasi rəhbərliyin  deriktivlərini həyata keçirməkdən yayındıqları zaman da baş verir:

 

“Əslində Ermənistan üçtərəfli bəyanatın şərtlərinə əsasən atəşkəs rejiminə əməl etməlidir. Lakin atəşkəsin pozulması ilə Azərbaycan tərəfinə mesaj vermək istəyirlər ki,  sülh sazişinin bağlanmasının və sərhədlərin delimitasiyasının demorkasiyasının vaxtı çatmayıb. Əslində onlar buna hazır deyillər və bundan yayınmaq üçün atəşkəsi pozurlar və bununla da təmas xəttində  Azərbaycan tərəfini də əks addım atmağa məcbur edirlər”. 

 

Hərbi ekspert qeyd edib ki, sərhədd bölmələrində dislokasiya yerlərinin müəyyən olunması hər zaman yenilənir.  Əgər hər hansı strateji yüksəklikdə mövqe tutmaq mümkündürsə, silahlı qüvvələrin bölmələri o mövqeləri tuturlar. Və yaxud, əvvəl tutulmuş mövqe varsa onların yerlərini dəyişdirə bilirlər. Əslində sonrakı proseslər sərhədlərin müəyyənləşməsinin başlanmasına qədər  mövqelərin necə müəyyən edəcəyindən asılı olacaq.  Onun sözlərinə görə, Kəlbəcər bölgəsində kifayət qədər strateji və taktiki  yüksəklikllər var və silahlı qüvvələrimiz öz mövqelərini müəyyən edirlərsə, bu böyük məsafələrdə müşahidə qabiliyyəti yaradır.

 

E.Şıxəliyev bildirib ki, Ermənistan atəşkəsi pozmaqla həmin strateji, taktiki yüksəkliklərdə hakim olmaq, mövqe dəyişmələrini atəşkəsin pozulması altında həyata keçirməyə çalışırlar:

 

“Lakin Ermənistan tərəfi nə qədər atəşkəsi pozsalar da, üçtərəfli bəyanatın şərtlərinə əməl etməsələr də, artıq bizim silahlı qüvvələrimiz bütün cəbhə boyu - Arazdan Murova qədər əməliyyat şəraitinə nəzarət edir. Yəni təmas xəttində baş verən bu kimi insidentərin cavabı misli ilə verilir. Ermənilərin atəşkəsi pozması qarşılıqsız qalmır.Silahlı qüvvələrimiz onun fərqindədirlər ki, hələ sərhədlərin delimitasiyası, demorkasiyası tam həyata keçirilmədən Ermənistan tərəfindən bu kimi addımlar atılacaq. Ona görə silahlı qüvvələrimiz də adekvat cavab verməyə hazırdırlar. Ermənilərin atəşkəsi pozmasına görə verilən cavablar daha çox onları narahat eləməlidir, nəinki bizi...” /hafta.az/

 

TAHİRƏ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq