Rusiya Baltikyanı ölkələrə hücum edəcək?
Rusiyanın keçmiş baş naziri deyir ki, Ukrayna müharibədə uduzsa...
Ukrayna Rusiya ilə müharibədə qalib gəlməsə, Rusiyanın növbəti hədəfi Baltikyanı ölkələr olacaq.
Bunu Rusiyanın keçmiş baş nazir Mixail Kasyanov “France 24”ə deyib.
Müxalif rusiyalı siyasətçi hesab edir ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi iki ilə qədər davam edə bilər, lakin Ukrayna qalib gəlməlidir, çünki məğlub olacağı təqdirdə, Rusiya təcavüzünün növbəti hədəfi Baltikyanı ölkələr olacaq.
Kasyanov Fransa prezidenti Makronun “Rusiyanı aşağılamamaq” çağırışlarına toxunaraq, belə bir mövqe ilə “qəti şəkildə razı olmadığını” bildirib. O, həmçinin müharibəni dayandırmaq üçün Ukraynaya ərazi güzəştlərinə də qarşı çıxıb.
“Putin buna layiq olacaq nə etdi? Bu, həddən artıq praqmatik mövqedir. Düşünürəm ki, bu, yanlışdır, ümid edirəm ki, Qərb bu yolla getməyəcək”, - deyə Kasyanov bildirib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"