Prezident Laçından Ermənistana hansı mesajları verdi?

13:54 29-06-2022 | icon 393 | Siyasət
Prezident Laçından Ermənistana hansı mesajları verdi?

Qabil Hüseynli: “Prezident hər dəfə erməniləri başa salmağa çalışır ki...”

 

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İyunun 26-da Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib. Səfər çərçivəsində ölkə başçısı ənənəvi olaraq bir sıra açılışlar edib, tikintisi davam edən obyektlərdə görülən işlər ilə tanış olub. Məlum olduğu kimi Göygöl rayonuna səfəri çərçivəsində prezident Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub.  Laçın rayonuna səfəri zamanı isə ölkə başçısı Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri, 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında görülən işlərlə, “Həkəriçay” su anbarı layihəsi və Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi ilə bağlı görülən işlərlə tanış olub. Kəlbəcər rayonuna səfər zamanı isə Prezident yeni tikilmiş 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının (KSES) açılışında iştirak edib, “İstisu” mineral su zavodunun, Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub, “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişatı ilə tanış olub.

 

Prezidentin səfərinin ən diqqətçəkən məqamı isə şübhəsiz ki, Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etməsi oldu. Prezidentin komando hərbi hissəsinin açılışında çıxışı zamanı səsləndirdiyi bir sıra məqamlar diqqət çəkib.

 

Prezident Laçın və Kəlbəcərdən Ermənistana, ümumən dünyaya hansı siyasi müsajları vermiş oldu?

 

Versus.az xəbər verir ki, politoloq, professor Qabil Hüseynli açıqlamasında Prezidentin son Kəlbəcər, Laçın səfərini yüksək dəyərləndirib.

O, bu gün Ermənistanın Zəngəzur dəhlizinin açılması ilə bağlı yaratdığı müxtəlif bəhanələr və maniələrin fonunda “Laçın dəhlizi” məsələsi ilə bağlı gündəmə gələn müəyyən zəruri addımların əhəmiyyətini xüsusilə vurğulayıb.

 

Q.Hüseynli ilk növbədə bildirib ki, azad edilmiş torpaqlar, o cümlədən Kəlbəcər və Laçın geniş bir quruculuq meydançasını xatırladır:

 

“Əvvəla Kəlbəcərə ikinci və çox böyük strateji əhəmiyyəti olan bir yol çəkilir, tunellər tikilir. Laçında yeni beynəlxalq təyyarə meydanının inşaası davam edir. Kəlbəcər ərazisində 6-ya qədər kiçik elektrik stansiyalarının inşaası aparılır. Dünyanın incisi sayıla biləcək, bir nömrəli İsti su-da snatoriya kompleksinin bünövrəsi atılıb. Bütün bunlar onu göstərir ki, həmin torpaqlarda etnik təmizlənməyə məruz qalmış insanlarımızın həmin torpaqlara qayıdışı prosesi həyata keçirilir. Artıq Kəlbəcərdə arıçıların, maldarlıqla məşğul olan insanların bir hissəsi orada məskunlaşırlar. Bu çox müsbət bir haldır və dövlətin qayıdışı proqramı elan edilmədən kəlbəcərlilər artıq doğma yurdlarına qayıdıblar və məskunlaşırlar. Azərbaycan Prezidenti isə həmin ərazilərə gedərək görülən işlərə nəzarət edir və bir daha göstərir ki, bir ayağı Bakıda, bir ayağı işğaldan azad ounan torpaqlarda olan Azəraycan prezidenti bu torpaqların lazımi infrastrukturunun qurulması və məskunlaşmanın həyata keçirilməsi üçün əlindən gələni edir”.

 

Q.Hüseynli hesab edir ki, bu səfərlər çərçivəsində Ermənistana verilən siyasi mesajlar sülhyaratma prosesində yaradılmış əngəllərin aradan qaldırılması ilə bağlıdır. Politoloq bildirib ki, Ermənistan tərəfi kapitulyasiyaya uğrasa da, məğlub olsa da, sözün əsl mənasında  danışıqlar prosesində özünü çox cığal aparır və danışıqlar prosesinin baş tutmasına əngəllər törədir. Bunu Ermənistanın təhrikçiləri, himayədarları da anlamalıdır.

 

Q.Hüseynli bildirib ki, Rusiyanın xarici işlər naziri S.Lavrovun belə bir vaxtda öz təşəbbüsü ilə ölkəmizə səfər etməsi,  belə bir ümidlər yaratdı ki,  Rusiya əvvəlki kimi, sülhyaratma prosesinə maniə omaq fikrində deyil və öz nəzarəti altında prosesin getməsini istəyir:

 

“Biz əlbəttə ki, Avropa Birliyinin də bu prosesin nizamlanmasında qatqısının, moderatorluğunun olmasını istəyərdik. Amma Rusiya buna qısqanclıqla yanaşır. Bu səbəbdən də proseslərdə bir ləngimə və Ermənistanı bir növ hansısa formada qanadının altına alma hərəkətləri var.  Lavrov gəldi, getdi, amma hələ ki, Ermənistan tərəfindən bir tərpəniş hiss olunmur. Ona görə  də Azərbaycan Prezidenti Kəlbəcərə səfərində yenidən sülh, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və sair bu məsələlər ətrafında müəyyən mesajlar verdi. Həm də çox kəskin və birmənalı formada Ermənistan tərəfinə xəbərdarlıqlar etdi.  Dedi ki, bu məsələlərdə hiyləgərliklə sülh prosesinə əngəllər yaratmağınız heç bir işə yaramayacaq, bu sizin ziyanınıza olacaq.  Prezident dedi ki, sonunda biz Zəngəzur dəhlizini də açacağıq, sərhədlərin müəyyənləşdirilməsini də həyata keçirdəcəyik və sülh sazişinə dair bir çox məsələləri də özümüz həll edəcəyik. Və lazım gəlsə sizi sülhə məcbur edəcəyik. Bu Ermənistana yönəlmiş sərt xəbərdarlıqlar idi”.

 

Politoloq hesab edir ki, qalib bir dövlət, müharibədə zəfər çalan tərəf kimi Azərbaycanın öz şərtlərini diqtə etməyə hüququ var:

“Bu diqtə beynəlxalq hüquq normalarına əsaslanır, Ermənistanın  həyati hüquqarnın tapdalanmasına imkan vermir.  Prezident bəyan edir ki, biz sülhyaratma prosesini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində aparılmasını istəyirik. Hələ ki, Ermənistanı "ruhlandıran" güclər var və qarışıqlıq yaratmağa çalışırlar. Hələ ki, biz bir qədər “suların durulması”nı gözləyirik.  Azərbacan Ermənistanın hərəkətlərində bu cür təxribat xarakterli ləngimələrin davam edəcəyini görəcəksə, əlində Ermənistanı sülhə məcbur etmək üçün vasitələr var və bu vasitələrlə onu sülhə məcbur edəcəyik”.

 

Politoloq Q.Hüseynli prezidentin Ermənistana verdiyi mesajlar içərisində “Zəngəzur dəhlizi açılmayacaqsa Laçın dəhlizi ilə bağlı məsələyə yenidən baxılacaq”, fikirlərinin, Qərbi Azərbaycan məsələsinin gündəmə gətirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu deyib:

 

“Prezident bildirib ki, Zəngəzur dəhlizi olmayacaqsa, Laçın dəhlizi də olmayacaq. Zəngəzur dəhlizünün statusu necə olacaqsa, Laçın dəhlizinin də statusu elə olacaq.  Azərbaycan yeni çəkilən  yolun üzərində nəzarəti özündə saxlamaq istəyir. Ümumiyyətlə, öz ərazisində kənardan hər hansı bir təxribatçı qüvvələrin yerləşdirilməsinə imkan verməyəcəyini bəyan edir. Onsuz da yeni tikilən Laçın dəhlizi başa çatdıqdan sonra bölgədə vəziyyət köklü surətdə dəyişəcəkdir. Əgər Ermənistan Zəngəzur yolu istiqamətində dəmir yolu və şose yolun çəkilişinə maneçilik törətməkdə davam edəcəksə, bəlkə də özü hər şeyi itirəcəkdir”. 

 

Q.Hüseynli bəyan edib ki, Azərbaycan prezidenti “Qərbi Azərbaycan” sözünü işlətməkə bir daha tarixə diqqət yetirir və bildirir ki, bugünkü Ermənistan dövlətinin yarandığı yer  Azərbaycanın qərb hissəsi, Azərbaycan türklərinin yaşadığı yerlər olub:

 

“O, bəyan edir ki, biz indi formalaşmış reallıqla barışmaq məcburiyyətində qalmışıq. Amma Ermənistan yenə də, Azərbaycanın ərazi bütövlüyünə qəsd etmək fikrinə düşərsə, Azərbaycana qarşı hər hansı təxribatçı hərəkətlərə yol verərsə,  o zaman Qərbi Azərbaycanın  əraziləri, Yerevan da daxil olmaqla bütün  iddialarımızı gündəmə gətirə bilərik. Söhbət Zəngəzurdan - Dərələyəzdən, Göyçə mahalından, Vedibasardan və digər ərazilərimizdən gedir. Prezident artıq bir neçə dəfə bu məsələləri gündəmə gətirməklə ermənilərə başa almağa çalışır ki, siz bu yerlərə gəlməsiz, sizi bura Azərbaycanın iki yerə bölünməsi nəticəsində işğalçı qüvvələr gətirdilər. Lazım gələrsə, həmin torpaqlar haqqında da tarixi iddialarmızı qaldıra bilərik. Bunu bizdən həmin torpaqlardan deportə edilmiş insanlar da tələb edir. Ona görə də ağlınızı başınıza yığın, bölgədə sülhün əminəmanlığın yaranması üçün konstruktiv davranın.  Əks halda Ermənistanın ziyanına olan proseslər baş verə bilər”. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür