"Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı qızıl dövrünü yaşayır"

14:45 01-07-2022 | icon 476 | Siyasət
"Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı qızıl dövrünü yaşayır"

Bəhruz Məhərrəmov,: "Bu, Azərbaycanın Qoşulmama hərəkatında səmərəli iş əmsalını bir daha ortaya qoyur"

 

"Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı özünün qızıl dövrünü yaşayır. Təşkilatın tarixinə baxsaq, hərəkat fəaliyyətinin heç bir dövründə dünyada siyasi proseslərə bu qədər təsir imkanlarına malik olmayıb".


Versus.Az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransı və Bakı Bəyannaməsinin əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.


B.Məhərrəmov qeyd edib ki, Təşkilat məhz Prezident İlham Əliyevin liderliyi altında istər Pandemiya dövrünün qlobal problemlərinə, istər bu çərçivədə siyasi proseslərə dair ciddi qərarların qəbulu ilə nəticələnən addımlar atılmış, BMT Baş Assambleyasının xüsusi sessiyaları çağırılmışdır:


"Azərbaycan Rəhbəri eyni zamanda Hərəkatın struktur imkanlarını da artıraraq dövlətimizin sədrlik dövrünü Qoşulmama Hərəkatının özü üçün islahatlar perioduna çevirmişdir. Bilirsiniz ki, bir müddət öncə bu çərçivədə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi, o cümlədən, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi təsis edilmişidr. Bu gün Azərbaycanda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı isə göstərdi ki, Azərbaycan tərəfinin təşəbbüsləri yalnız qərarlarla ifadə olunmur, biz həm də məsuliyyətli təşəbbüslərimizin icrasını təmin edirik. Digər tərəfdən, Bakı konfransında “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul edilməsi, təşkilatın rəsmi loqosu və bayrağının təsdiq olunması, qurumun sədri və sədr müavinlərinin seçilməsi Azərbaycanın Qoşulmama hərəkatında səmərəli iş əmsalını bir daha ortaya qoyur.

Habelə, elə ilk toplantıda təsisatın dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi istoqamətində fikir mübadiləsi aparmaları, xüsusən bu müzakirələrin dialoqun zəruri olduğu hazırkı dönəmdə Azərbaycan Prezidentinin yeni dialoq platforması kimi Hərəkatı Parlament Şəbəkəsinin yaradılması təşəbbüsünün nə qədər uzaqgörən addım olduğunu bir daha ortaya çıxardı".

 

B.Məhərrəmov digər vacib nüans kimi üç gün davam edəcək konfransa 40-dan çox ölkənin parlament nümayəndə heyətləri, o cümlədən, 9 beynəlxalq parlament təşkilatının nüfuzlu təmsilçilərinin qatılmasını qeyd edib:

 

"Azərbaycanın yaratdığı reallığı birdən-birə bu qədər nüfuzlu heyətlərin şəxsən müşahidə etməsi informasiya müharibəsində Azərbaycanın əsaslı qələbələrindən biri hesab edilməlidir".

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür