Nizami Gəncəvinin dağılmış mozaikası bərpa olunur


Bakıda Nizami Gəncəviyə və dahi şairin əsərlərinə həsr olunan, dağılmış vəziyyətdə olan mozaikanın bərpasına başlanılıb.
Versus.az xəbər verir ki, bu barədə Oxu.Az-a Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nəcəfqulu Rəfizadə və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən abidənin bərpası işlərinə start verilib:
“Ərazidə Nizami Gəncəvinin əsərlərinə həsr olunmuş mozaika var. Həmin mozaikanın bərpası ilə bağlı artıq işlər başlanılıb. Yaxın zamanlarda işlər yekunlaşacaq. Ərazinin qarşısı da abadlaşdırılacaq”.
Versus.Az

Xəbər lenti

"Rezanın daxili Odisseyası” adlı fotosərgi sentyabrın 15-nə dək uzadıldı
Tanınmış fotoqrafın əsərləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bir sıra layihələrdə də təqdim edilib