Sakinlərə təbii fəlakətlərlə bağlı XƏBƏRDARLIQ
Türkiyənin Ankara şəhərində güclü leysanla bağlı sakinlərə xəbərdarlıq edilib.
Bu barədə Ankara Valiliyi məlumat yayıb.
Qeyd edilir ki, bayramın ilk günü gözlənilən, arabir ildırım çaxması ilə müşayiət olunacaq leysan günortadan gecə yarısına kimi davam edəcək.
Bu səbəbdən Ankaranın mərkəzi, şimal və qərb bölgələrində gözlənilən güclü sel, daşqın kimi təbii fəlakətlərə qarşı sakinlərdən diqqətli olmaları istənilib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"