"Əslində “Laçın” sərhəd-buraxılış məntəqəsi ilə nöqtəni qoyduq"

13:00 26-08-2023 | icon 506 | Siyasət
"Əslində “Laçın” sərhəd-buraxılış məntəqəsi ilə nöqtəni qoyduq"

Könül İsmayılova: “Ermənistan və himayədarları burunlarını daxili işlərimizdən çəksələr yaxşıdır”

 

Bu gün günlərdən Laçın şəhəri günüdür. İlk öncə Azərbaycan xalqını, bütün laçınlıları bu gün münasibətilə təbrik edirəm. Çox qüuruvericidir, sevinclidir. Biz bu qalib günümüzə addım-addım irəlilədik, çatdıq. Ürəkdən deyirəm ki, şükür bu günümüzə. Şükür bu günü Azərbaycan xalqına yaşadan Ali Baş komandanımıza, ordumuza. Və Allah bu günü yaşamağımız üçün şəhidlik zirvəsinə yüksələn igid oğullarımıza rəhmət eləsin, qazilərimizə şəfa versin”.

 

Versus.Az xəbər verir ki, bunu 26 avqust – Laçın şəhəri günündə Azərbaycanın suveren ərazi bütövlüyünün bərpası ilə bağlı açıqlamasında deyib.

 

Xanım siyasətçi bütövlüyümüzün bərpası yolunda qıza zaman kəsiyində dövlətimizin gördüyü işlərdən bəhs edib:

 

“Əslində “Laçın” sərhəd-buraxılış məntəqəsini qurmaqla nöqtəni qoyduq. Yəni bu ilin 23 aprelində Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu, üçrəngli bayrağımız sərhəddə dalğalandırıldı və bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Bu gün Ermənistan bununla bağlı nə qədər əndişələnsə də, reallıq budur və qarşı tərəf bununla barışmaq məcburiyyətindədir. Təbii ki, Ermənistan adəti üzrə vay-şüvənlik edərək Azərbaycanı erməniləri blokadaya alması kimi sərsəm fikirlər yürüdür və himayədarları da bu və ya digər şəkildə onların səsinə səs verir. Anlamırlar ki, bu kimi görüntüləri ilə Azərbaycanın daxili işlərinə müdaxilə etməyə davam edirlər ki, bu cəhdlər də artıq öz effektini itirib. Beynəlxalq aləm də bilir və qəbul edir ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Odur ki, Ermənistan və himayədarları burunlarını daxili işlərimizdən çəksələr yaxşıdır”.

 

K.İsmayılova bildirdi ki, bu gün Azərbaycan öz sərhədlərinin toxunulmazlığının təmin olunması ilə bağlı bütün gərəkən işləri görür və dövlət təhlükəsizliyinin pozulmasına yönəlik bütün təhdidlərə cavab vermək əzmindədir. Onun sözlərinə görə, Ermənistan və himayədarları daha çox Qarabağda qanunsuz yerləşdirdikləri erməni silahlı birləşmələrinin ordumuz tərəfindən çıxarılmasından, eyni zamanda separatçıların tərksilah olunmasından narahatdılar:

 

“Cənab Prezident İlham Əliyev özü də hər çıxışında vurğulayır ki, - “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib... Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir... Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır”. Ölkə başçımızın bu söylədikləri Ermənistanı qane etmirsə, bu artıq onların öz problemidir. Azərbaycan öz siyasətini hansısa erməni rəhbərlərinin, hansısa erməniyönümlü himayədarın maraqları çərçivəsində yürütmək fikrində deyil”.

 

K.İsmayılova vurğuladı ki, bu gün Azərbaycan elə bir uğurlara imza atır ki, artıq Ermənistan öz çirkin niyyətləri ilə onun üzərinə kölgə sala bilməz:

 

“Cəhdlər edəcək, amma boş çıxacaq. Çünki Azərbaycan əldə etdiyi uğurlarla, qələbə ilə kifayətlənməyəcək, daha güclü dövlətə çevrilmək üçün bütün gücünü ortaya qoyacaq. 44 günlük Vətən müharibəsindən sonra biz ancaq hərbi-siyasi qələbəmizin sevinci ilə geri aldığımız torpaqlarımızda quruculuq işlərimizi aparırıq, insanlarımız öz yurd-yuvalarına qayıdır, Qarabağa isti nəfəs gəlir. Bir sözlə bu sevincimizi, böyük qələbəmizi itirmək fikrində deyilik. Əksinə, cənab Prezidentimizin qətiyyətli addımları ilə daha böyük uğurlara doğru irəliləyirik”.

 

AYTAC
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR