Laçına gedən yol Zəngəzur dəhlizinin “buzlarını” əridirmi?

19:23 15-08-2022 | icon 498 | Qarabağ
Laçına gedən yol Zəngəzur dəhlizinin “buzlarını” əridirmi?

"Əks halda qisas əməliyyatının ardı olacaq"

 

Regionun geosiyasi mənzərəsi özünün gərginliyi ilə müşahidə olunur. Mürəkkəbliyi ilə diqqət çəkən proseslərin fonunda Azərbaycanın işğaldan azad olunmuş ərazilərə qayıdışı Prezidentin “Biz Laçına qayıdırıq” mesajı xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, Laçın dəhlizi ilə paralel Zəngəzur dəhlizinin açılmasında yaranan düyünlər də önə çıxır. Zəngəzur dəhlizinin açılmasında region güclərinin maraqları toqquşur və proses uzansa da, mütləq açılacağı qeyd olunur.

 

Laçına qayıdış, “Laçın dəhlizi”nə nəzarətin Azərbaycanın ixtiyarına keçəcəyi ilə bağlı verilən təhlillər Zəngəzurda bir qədər mübahisələnir.

 

Bu istiqamətdə açıqlama verən politoloq Teymur Qasımlı bildirib ki, çox mürəkkəb regionda yerləşməyimiz və üç imperiyanı quran ölkələrlə qonşu olmağımız bir çox hallarda taleyimizi həll edir. Onun sözlərinə görə, buna baxmayaraq 44 günlük müharibədən sonra İravanla Azərbaycan önəmli bir yerə çatıb. Regionda dövlətlərin maraqlarının toqquşması və hər bir dövlətin Zəngəzur dəhlizindən özünə pay götürmək cəhdləri ilə o “yolda” tıxac yaradır.

 

Politoloq hesab edir ki, bütün hallarda Ermənistan götürdüyü öhtəlikləri yerinə yetirməlidir, əks halda qisas əməliyyatının ardı olacaq:

 

“Ermənistan istədi-istəmədi Zəngəzur dəhlizi açlacaq. Bu ciddi bir medsajdır. Görünən odur ki, Zəngəzur dəhlizi dalana dirənib. Çünki Zəngəzur dəhlizi böyük güclər üçün önəmlidir, amma o güclərin də burda marağı var və öz paylarını götürmək istəyirlər. Belə bir şəraitdə Azərbaycan düzgün addımlar atmalı, güclənməlidir. Kimin nə deməsindən asılı olmayaraq, əsas bizim atdığımız addımlardır.  Ona görə də hesab edirəm ki, antiterror əməliyyatları davam etməlidir. Bu istiqamətdə hazırlıqlar aparılmalı və gücə güclə cavab verilməlidir. Çünki nə qədər alternativ yolun çəkilişi ilə müəyyən məsələlərin axarına düşəcəyinə ümid bəsləsək də, görünən odur ki, Rusiya öz sülhməramlılarını bizim ərazilərimizdən çıxarmaq istəmir və öz təsirini qorumağa çalışır”.

 

Laçına qayıdışla bağlı son müzakirələrə diqqət çəkən politoloq hesab edir ki, işğaldan azad olunmuş ərazilərimizə köçlər nə qədər tezləşsə bu bizim xeyrimizədir:

 

“Amma reallıq budur ki, təhlükəsizlik məsələləri buna imkan vermir. Şahidiyik ki, müharibə dövründə qəhrəmanlıq edən zabitlər, müharibədən sonra, dinc dövdə minaya düşərək həlak oldular. Nə qədər mülki insanlarımız bu vəziyytələ qarşılaşdı, ölənlər, xəsrət alanlar oldu. Niyə Rusiya sülhməramlıları erməniləri zərərsizləşdirmir və nəyə görə minaların basdırılmasına imkan verilir. Sülhməramlılar öz üzərilərinə düşən öhtəliyi niyə yerinə yetirmirlər. Ermənilər guya söz vermişdilər ki, gedəndə yandırmayacaqlar. Amma əksini görürük. Ona görə də mən bu imperiyaların heç bir sözünə inanmıram. Hətta Xomneyi çıxıb desəydi ki, Zəngəzur dəhlizinin açılmasına razıdır, ona da inanmayacaqdım. Ona görə də 10 noyabrdan sonra Ermənistana bir güzəşt də olunmalı deyil, vəssalam.  200 ildir başımıza oyunlar açdılar, torpaqlarımızı işğal etdilər. Bu gün hər bir addım incəliklə hesablanmalıdır. İndi də deyirlər ki, Paşinyan Zəngəzuru açmaq istəyir, Rusiya qoymur. Bunu başa düşdük, yaxşı sən özün axırda hansı addımı atacaqsan, nə edəcəksən”.

 

 

Politoloq Turan Rzayev şərhində ilk növbədə Prezidentin müsahibəsində bir müddət öncə Azərbaycan silahlı qüvvələrinin keçirdiyi “Qisas” antiterror əməliyyatında dediyi fikirlərə diqqət çəkib. Bildirib ki, bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatının cəza tədbiri olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq.

 

Politoloq qeyd edib ki, ölkə başçısı bununla faktiki olaraq “Qisas” antiterror əməliyyatının bənzərinin bundan sonra da ola biləcəyi mesajını verir.

 

Politoloq qeyd edib ki,Prezidentin “Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi” deməsini bu mövzuda yekun qərar kimi qiymətləndirmək olar.

 

T.Rzayev bildirib ki, Prezidentin müsahibəsində diqqətçəkən əsas məqamlardan biri onun Zəngəzur dəhlizi ilə bağlı dedikləridir:

 

“Biz Ermənistanla sülh danışıqlara başlamalıyıq. Hələ ki, müsbət cavab almamışıq, amma ümid edirəm ki, alacağıq. Delimitasiya komissiyası yaradılmalıdır. Ona da etiraz edirdilər, nəticədə razılaşdılar. Zəngəzur dəhlizi lazımdır, ona da etiraz edirdilər. İndi yaxın həftələrdə biz onlardan Zəngəzur dəhlizinin marşrutunu gözləyirik”.

 

Politoloq bildirib ki, Zəngəzur dəhlizi Prezidentin üzərində dayandığı və israrla tələb etdiyi prinsipial məsələlərdəndir. Politoloq bildirib ki, Zəngəzur dəhlizi 27 illik danışıqlar prosesinin gündəliyində olmayan və məhz cənab Prezidentin şəxsi təşəbbüsü ilə 10 noyabr bəyanatının mətninə daxil edilən bir məsələdir. Zəngəzur dəhlizi həm regional, həm də qlobal kontekstdə diqqətçəkən məsələdir:

 

“Prezidentin hər dəfə bu məsələyə toxunması artıq erməni-rus rəsmilərinin də siyasi leksikonuna yer alıb. Prezident açıqca qeyd edir ki, ermənilər delimitasiya komissiyası yaradılmasına razı deyildilər, ancaq nəticədə razılaşdılar. Bu gün Zəngəzur dəhlizinə etiraz edən ermənilər gec-tez buna da razı olacaq”.

 

Politoloq bunun necə olacağını əslində fotodan anlatdı:

 

“Prezident Azərbaycan xəritəsində əks olunan bir suveneri paylaşdı və bu suvenerdə Qərbi Zəngəzur Azərbaycan ərazisi olaraq göstərilmişdi. Verilən mesaj əslində çox netdir. Ya Zəngəzur dəhlizi açılacaq, ya da Qərbi Zəngəzur ilhaq ediləcək. Yeri gəlmişkən, Prezident müsahibə zamanı maraqlı bir ifadədə işlətdi: “Əl çəkin ərazi iddialarından. Əl çəkməsəniz, o zaman biz də ərazi iddiası qaldıra bilərik Ermənistana qarşı.

Nəticə etiabrilə Prezidentin son müsahibəsindən belə bir qənatə gəlmək olar ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsinin gecikməsi halında Azərbaycan tarixi Qərbi Zəngəzur torpaqlarına dair təbliğatı artıracaq. Bu istiqamətdə ən azından Ermənistanda azərbaycanlı icmasının yaradılması mümkündür.

Bundan başqa Zəngəzur dəhlizi kontekstində Azərbaycan Ermənistana doğru gedən yolların təhlükəsizlik və nəzarət imkanlarını öz əlinə almaq üçün tədbirlərini genişləndirəcək. Hətta bu istiqamətdə rəsmi İrəvanı çəkindirmək üçün hərbi addımların atılması da mümkündür”-deyə politoloq bildirib. 

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür