"Laçından çıxırlarsa..."

16:03 24-08-2022 | icon 534 | Siyasət
"Laçından çıxırlarsa..."

 

 

Regionun geosiyasi mənzərəsi Laçının ermənilərdən boşaldılması prosesi ilə yeni müstəviyə keçib. Zəngəzur yoluna qarşı yönələn maniələr, 10 noyabr sazişinin yerinə yetirilməməsi, maraqlı güclərin, müəyyən dini təsirlər vasitəsi ilə Azərbaycanın məqsəd və hədəflərindən yayındırma cəhdləri heç də vəziyyətin hamar olmadığını göstərir.

 

 “Laçın dəhlizi”-nin təmizlənəsi prosesinin Xankəndidə tamamlanması ilə Azərbaycanın tarixi torpaqlarına qayıdışı üçün yeni bir mərhələnin başlanmasına  yol açacaq.

Hələlik isə vəziyyət gərgin olaraq qalır və Ermənistan özünün Qarabağda qalan tör-töküntüləri ilə sülhə gəlmir.

 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən siyasi ekspert Azər Hüseynov maraqlı nüanslara diqqət çəkib.

 

 

-Azər müəllim, region hazırda nəyə şahidlik edir, mövcud reallıq nədir?

 

-Bizim region son dövrlər ən inkişaf etmiş, dinamik regionlardan biridir. Region son tarixlərdə ildırım sürəti ilə bitən mühribə faktını yaşadı. Neçə vaxtdır ki, Ukraynada gedən müharibə, dünyanın digər nöqtələrində olan müharibələr bitmir. Amma Azərbaycan 44 gün ərzində 30 il yığışmış problemi hərbi yolla həl edə bildi. Amma bu da problemin tamamilə həll olunması anlamına gəlməz. Beynəlxalq, regional, lokal miqyasda bir çox oyunçular var ki, Azərbaycanın güclənməsini, beynəlxalq arenada nüfuzunun artmasını istəmir. Biz bir çox tərəfdaş ölkələrlə müqavilələr imzalayıb, razılaşmalar əldə etsək də, heç də hamı bunu səmimi qəbul etməyib. Eləcə də biz müharibənin bitməsi ilə üç dövlət arasında razılaşma əldə etdik. Həmin razılaşmanın şərtlərinə görə Rusiya sülhməramlılarının bölgəyə girməsi ilə bögədə ermənilərə məxsus olan bütün hərbi birləşmələr çıxarılmalı idi. Amma bu proses  olduğu kimi cərəyan eləmədi.

Etiraf etməliyik ki, biz bu bölgədə nə qədər güclü olsaq da regional proseslər qlobal proseslərdən asılıdır. Yəni, son Ukrayna müharibəsi dünyada bir çox şeylərin heç də göründüyü kimi olmadığını göstərdi. Böyük güclərin bir qisminin deyildiyi kimi o qədər də güclü olmadığını göstərdi. Tam əksinə, hamının bitməkdə, itməkdə olduğunu gözlədiyi Rusiyanın Avropanın ortasında bir savaş apardığı, bir ölkənin 20 faiz ərazisini ilhaq etdiyi ortada. Biz bu ilhaqın qarşısında sadəcə olaraq müəyyən bəyanatlar və Ukraynanı böyük hərb maşının qarşısında tək buraxmış dünya görürük.

Belə bir qlobal burulğanların fonunda gördük ki, tərəfdaşlarımız kifayət qədər səmimi deyil.

Son  “Qisas”əməliyyatından sonra proseslər daha da intensivləşməyə başladı. Bu bir daha onu göstərir ki, bir iddialı, tarixi mirası olan dövlət sözünün keçməsi üçün güclənməlidir. Biz Türk dünyasının tərkib hissəsiyik, bizim tarixi mirasımz var. Dövlət başçısının əlində göstərdiyi Azərbaycan xəritəsini ifadə edən suvenir də tarixi mirasımıza dönüşün işarələridr. Əgər biz tarixi mirasımızı, hüquqlarımızı bərpa eləmək istəyiriksə, məcburuq ki, xalq-dövlət, xalq-ordu, ordu-xalq formasnda vahid bir dövlət olaq.

 

 

-Mövcud reallıqda Ermənistan və Rusiyanın regionda apardığı siyasətin əsasında nə dayanır?

- Paşinyanın gəlməsi ilə Ermənistann hakimiyyətində çat əmələ gəldi. Ermənistan siyasi hakimiyyətinin vizionu ilə hərbi-siyasi elitanın vizionu fərqlidir.  Hərbi-siyasi elita indi də Rusiyanın təsir dairəsindədir. Qarabağda olan kiçik separatçı qurum əslində 1828-ci ilin meyvəsidir. Ona görə ruslar Qarabağda öz təsir vasitəsinin ortadan qalxmasında maraqlı deyil.  Amma bu o demək deyil ki, Rusiya sarsılmaz gücdür, xeyir. Rusiya özü də qlobal, regional proseslərlə ayaqlaşmaq məcburiyyətindədir. Azərbaycan Rusiyanın yaxşı mənada nəfəs borusu ola bilər. Buna görə də separatçıların rahat nəfəs alması üçün şərait yaratmamalıdır. Ona görə də Rusiya erməni silahlılarını regiondan çıxartmalı idi. Rusiyanın siyasətində də baş verən ziqzaqlar onu göstərir ki, onların da siyasi mətbəxində hamı eyni cür düşünmür.  

Eyni zamanda Rusiyaya standart Avropa dövləti kimi baxmaq olmaz. Rusiya tarixindən bu günə qədər fors-mojorlar ölkəsidir. Ağıllılar fikirləşənə qədər “Rusiya vurur çayı keçir”. Dünyanın geosiyasi mərkəzləri bir yerə yığılıb planlar cızana qədər bunlar Avropanın yarısını tuturlar. Bu tarixi imperial iddiaları olan bir dövlətdir. Eyni zamanda  bu iddialarnı reallaşdırmaq üçün xalqının içərisində bu ideyanı həzm etdirə bilmişdir. Ukrayna əməliyyatını da 80 faiz ruslar dəstəklədi. Amma biz Rusiyanın Ukraynada apardığı əməliyyatdan istifadə edəcəyimiz tərəflər var. Məsələn, ruslar deyir ki, biz Avropanı nasistlərdən qorumaq üçün önəlyici əməliyyatlar aparırıq. Bəs Azərbaycanda, İrəvanda azərbaycanlılara, Türk dünyasına qarşı nasist fikirlər 100 ildir səslənmirmi? Ermənistan siyasi partiyalarının konsepsiyalarında Azərbaycana qarşı ərazi iddiaları var. Ermənistanın rəsmi gerbində Azərbaycanın tarixi torpağı Ararat var, Ağrı dağı var. Ermənistanın rəsmi simvolikasıTürkiyə Dövlətinin BMT tərəfdindən tanınmış əraziləri var. Rusiya iddia etdyi kimi Ukraynada antifaşist əməliyyatı aparırsa, biz niyə eyni əsaslarla Zəngəzura daxil olmayaq, təhlükə nöqtələrini vurmayaq? Niyə Amerika okeanın o tərəfindən gəlib “milli maraqlarına ziyan vurur”- deyə Şərqdə ölkələri bombalaya bilir? “Rusiya mənə təhlükə var”- iddiası ilə Avropanın yarısını işğal edə bilir.

Bizim İrəvanda tarixi mirasımız var. Bizim İrəvanı, Göyçəni yaxın tarixdə tərk etmiş  milyonlarla insanlarımız var. Biz niyə eyni iddialarla çıxış edə bilmirik. Yəqin ki, iqtisadi, hərbi, regional, qlobal konnyuktur tamamlandıqda bunu edəcəyik. Necə ki, Qarabağ müharibəsi bu komponentlərin tamamlanması səbəbi ilə başladı və ərazilərimizi azad etdik, ümid edirəm ki, eyni konnyukturla bunu edəcəyik.

 

-Dediyiniz həmin konnyukturun yol xəritəsi Laçın dəhlizinə çəkilən alternativ yolun Zəngəzura doğru gedən istiqaməti üzrə özünü ifadə edə bilirmi?

-Yol onsuz da lazımlıdır. Amma Qarabağda “ocağın” söndürülməsinin bir yolu var; o da Zəngəzur yolunun açılmasıdır. Qarabağ böyük regionda balaca bir oddur. Ermənistandan, Rusiyadan, başqa marağı olan dövlətlərdən keçən oksigen o közü alovlandırır. Ona görə də o yollar bağlanmalıdır. Zatən geosiyasi, geoiqtisadi konnyuktur tamamlandıqdan sonra biz tarixi hüquqlarımızı bərpa edib vətəndaşlarımızı o ərazilərə köçürdərək orda tarixi-mədəni, siyasi hüquqlarımızı yenidən bərpa edəcəyik. Biz Azərbaycanlılara tarixi Zəngəzurda muxtariyyat alaraq problemlərimizi yerində həll etməli və bu oksigeni kəsməliyik. Bu gün Qarabağda baş verənlər lokal hadisələrdir. Məsələn, “Qisas” əməliyyatı keçirdik və ermənilər qorxub köçdülər. Canlarından bir az qorxu çıxandan sonra yenə əvvələ dönə bilərik. Əslində Azərbaycanın tam olaraq rahat hərəkət etməsinə maniələrdən biri Azərbaycanın Naxçıvanla quru əlaqəsinin olmamasıdır. Bu bizim hərəkətliliyimizi azaldan amildir. Dünyada, tarixdə heç bir prosesə utopik baxmaq olmaz. Çünki ilk ideya yaranır, sonra resurslar buna doğru işlənir. 

 

-Ermənistanın, onunla bərabər maraqlı güclərin Azərbaycanda özlərinə “dəhliz” yaratmaq iddiasına adekvat reaksiya nə olmalıdır, nəyə görə düşmənçilik edən qonşu dövlətə dəhliz verməliyik?

-Biz Qarabağa heç bir status verməyəcəyik. Dövlət başçısı da bunu öz çıxışlarında bəyan edib. Çünki düşmənə dəhliz verməyin siyasi izahı yoxdur. Qarabağda olan erməniləri  siyasi statusu yoxdursa, onların əlahiddə yolunun olması tənqidə belə dayanmır.  Bu, xarici təsirlər səbəbi ilə müvəqqəti razılaşmalı olduğumuz bir reallıqdır.  Amma Azərbaycan bu  reallıqları dəyişəcək. Azərbaycandan Ermənistana əlavə yolun verilməsinə nə ehtiyac var. Ermənistana getmək istəyən, gömrük-keçid məntəqəsindən pasportunu sərhəddə təqdim edib keçə bilər.

 “Dəhlizlər” deyilən anlayışın gələcəkdə yola çevriləcəyini düşünmək və buna doğru hərəkət etmək lazımdır. 1929-cu  ildə qeyri-legitim yolla Ermənistana verilmiş torpaqların yenidən Azərbaycana qaytarılması lazımdır. Böyük dövlət olmağa çalışmaq lazımdır ki, balaca problemlərin həll olunsun. Biz dövlətimizin iddialılıq dərəcəsini artırmalıyıq. İqtisadi cəhətdən yüksəlirsənsə, ümumdaxili, ümummili məhsulun artırsa, beynəlxalq, dövlət üstü, transmilli iqtisadi oyunçuların tərəfdaşısansa, böyük oynamalısan ki, kiçik problemlərin həll olunsun.

 

-“Laçın dəhlizi”-“Zəngəzur dəhlizi” əlaqələndirilməsi nəyə görə aparılır. Əslində bu əlaqələndirmə özü hansı mesajdan xəbər verir?

-Zəngəzur dəhlizi Allahın izni ilə mütləq açılacaq.  Çünki bu dəhlizin açılması Çinin Avropa bazaralarına çıxması, tranzit daşınmaların daşınması, dünyadakı loqistikanın yaxşılaşması üçün lazımdır. Ya ermənilər bunu Zəngəzur dəhlizi kimi verməlidirlər, ya da strateji perspektivdə Azərbaycan Zəngəzuru dəhliz olaraq deyil, tarixi torpaqlarını qaytarmaq tərzi ilə əldə edəcək. Böyük oyunçuların iqtisadi maraqlarını təmin etdikdən sonra gedib Avropanın ortasında yer tutun heç kim sizə heç nə deyən deyil. Tarixən bu belədir.  Və 1944-cü  ildən sonra dünyada dövlət üstü təsisatlar var. Və qarşılıqlı maraqlar ödəniləcəksə bu dəhliz işləməlidir.  Biz ona görə Laçınla, Zəngəzuru əlaqələndirirk ki, bu istiqamətdə proses gedir. Bu gün ermənilər Laçından çıxırlarsa, o deməkdir ki, onlar bu yeni yolun faktiki olaraq istifadə məcburiyyətini qəbul edirlər. Ona görə də işlərimizi daha çox güclənməklə bu əlaqələndirməni aparmalıyıq. Və hərbi  dili unutmamalıyıq. Biz bir türk dövlətiyik.  Avropanın mərkəzində fərdi rifah fəlsəfəsi ilə yaşayan bir dövlətik. Biz zatən savaşmağa məhkumuq. Bu bizim qədərimizdir. Ola bilər arada xarici müdaxilələr bu savaşı azaltmaq istədilər, amma genetik kodumuzda var ki, biz məsələlərin hərbi dildə həllini prioritet olaraq saxlamalıyıq.  Gördük ki, bir dəfə hərbi əməliyyat oldu, yerindən tərpənmək istəməyənlər də tərpəndi.

 

-Regionla bağlı irəli çəkdiyiniz real xüsusatlar fonunda sərhədlərimizin müəyyənləşməsi, Ermənistanla sülh sazişinin bağlanması prosesi nə zamana qədər uzana bilər, necə hesab edirsiz?

-Bizim qarşımızda qeyri-stabil qərar verən, xarici amillərdən asılı olan bir Ermənistan var. Amma, “Qisas” əməliyyatı, yaxud başqa formatlarda  ara-sıra Azərbaycan Aviasiyasının bölgədə  “tur atması ilə də bunu yaxın perspektivə gətirə bilərik. Yəni buna konkret vaxt qoymaq çətindir. Amma hərbi ritorika ilə diplimatik ritorikanı birləşdirsək, sülhü yaxına çəkə bilərik. Diplomatik “trafiki” genişləndirmək lazımdır. Baxın, bu gün ermənilər  məğlub olsalar da onlaın diplomatik aparatı xaricdə dayanmadan işləyir.  Bizdə isə xarici siyasətdə yalnız yüksək iradə məşğul olur, bunun altında olanlarda  isə təşəbbüskarlıq, hərəkətlilik  ciddi şəkildə görünmür. Lobbiçilik siyasətimiz yoxdur. Etiraf edək ki, ermənilər hətta qardaş Türkiyədə belə müxtəlif mədəni formatlarda öz lobbiçilik syasətini aparırlar.  Azərbaycan, şərti desəm, Avropada müsəlman dünyasının İsraili olmağa məhkumdur.

 

Tahirə Qafarlı 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür