“Prezident ...Ermənistanın qarşımızda bir heç olduğunu göstərdi”

 

14:59 26-08-2022 | icon 350 | Siyasət
“Prezident ...Ermənistanın qarşımızda bir heç olduğunu göstərdi”
 

 

 

 

Vətən müharibəsi və ötən bir il də göstərdi ki, həqiqətən də bu bölgədə praqmatik formada nəyi necə, nə vaxt etmək lazım olduğunu bilən lider məhz Azərbaycan Prezidentidir”.

 

 

Versus.az xəbər verir ki, bunu Millli Məclisin deputatı Bəhruz Məhərrəmov Prezident İlham Əliyevin  Laçınla bağlı tviter səhifəsində etdiyi paylaşımla bağlı açıqlamasında bildirib.

 

 

Qeyd edək ki, Prezident həmin paylaşımında bu sözləri deyib:

 

"Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!"

 

Deputat bu gün Azərbaycanın çox möhtəşəm bir zamana şahidlik etməkdə olduğunu önə çəkib. O, bildirib ki, müzəffər Ali Baş Komandan Vətən müharibəsindən sonra həm diplomatik müstəvidə, həm də cəza tədbirləri ilə Ermənistanın iradəsini növbəti dəfə qıraraq 10 noyabr kapitulyasiya aktının şərtlərinə müvafiq olaraq Laçın, Sus və Zabuxda nəzarəti bərpa etdik.

 

“Bu böyük tarixi hadisədir, çünki söhbət 3 yaşayış məsənindən getmir, burada söhbət reallaşan dəmir iradədən və dövlətin nüfuzundan gedir. Azərbaycan Prezidenti mövcud vəziyyətə nail olmaqla bir tərəfdən Ermənistanın qarşımızda bir heç olduğunu göstərdi, digər tərəfdən, Azərbaycanın imza atdığı hər bir sənədin, o cümlədən, 10 noyabr bəyanatında öhdəliyi olan hər kəsi öhdəliklərinə sadiq qalmağa vadar etdi”.

 

Artıq Rusiya sülhməramlılarının anlaşma şəraitində əvvəlki dislokasiya üzrə post və kazarmalarını sökdüyünü qeyd edən B.Məhərrəmov hesab edir ki, bu faktlar sülhməramlılarla, Rusiya ilə Azərbaycan tərəfi arasında hansısa narazılığa, anlaşılmazlığa ümid edən Ermənistanın növbəti fiaskosudur.

 

“Mən Müzəffər Ali Baş Komandanın qətiyyətinin nəticəsi olan böyük zəfərimizin növbəti mərhələsi münasibətilə Azərbaycan xalqını, ələxsus da Laçın, Zabux və Sus sakinlərini təbrik edirəm. Bilirsiniz ki, cənab Prezidentin İsmayıllıda da anons verdiyi kimi, Laçın şəhəri, Zabux və Suz kəndlərinin sakinləri tezliklə öz doğma yurdlarına ləyaqətli həyat şəraitləri təmin olunmaqla geri dönəcəklər. Gördüyünüz kimi, bütün proseslər Azərbaycanın, Azərbaycan prezidentinin iradəsinə və milli maraqlarımıza uyğun formada davam edir. İndiki məqamda vətəndaş olaraq yeganə öhdəliyimiz bu siyasətə, bu yola əvvəlkindən də artıq formada dəstək vermək, İlham Əliyev ətrafında sıx birləşməkdir. Bu həmrəylik bizim üçün yeni qələbələrin yeganə şərtidir”.

 

T.Qafarlı

Versus.az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür