“Qəbələ” UEFA Gənclər Liqasında mübarizəyə başlayır


“Qəbələ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında mübarizəyə start verəcək.
Versus.Az xəbər verir ki, Zaur Hacıyevin baş məşqçisi olduğu komanda I mərhələnin ilk oyununda Xorvatiyada “Hayduk”la üz-üzə gələcək.
“Polyud” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Görüşü David Smaytsın başçılıq etdiyi sloveniyalı hakimlər idarə edəcəklər.
Qeyd edək ki, cavab görüşü oktyabrın 4-də Qəbələdə olacaq.
Xəbər lenti

Erməni həyasızlığının pik nöqtəsi
“ABŞ zəhmət çəkib sərmayəsini Ermənistanın nəzərdə tutduğu zavoda qoymasın”