Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək

12:13 12-09-2022 | icon 491 | İdman
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək

Sentyabrın 15-də 20 və 23 yaşlı gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinə start veriləcək.

 

Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, 2 gün davam edəcək turnir Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında baş tutacaq.

 

Ölkə birinciliyində bütün regionlardan klub və cəmiyyətləri təmsil edən 100-ə yaxın ağırlıqqaldıran iştirak edəcək.

 

Çempionatın təşkilində məqsəd ağırlıqqaldırmanın şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağırlıqqaldırmanın inkişaf səviyyəsinin, perspektivli idmançıların müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı atletlərin yığma komandalara seçilməsi, 20 və 23 yaşlı gənc oğlan və qızlar arasında keçiriləcək Avropa birinciliyinə idmançıların müəyyən olunmasıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”