19 BİNA SÖKÜLƏCƏK

14:01 12-09-2022 | icon 298 | İqtisadiyyat
19 BİNA SÖKÜLƏCƏK

Bakının bu rayonları ilə bağlı artıq rəsmi rəy verilib

 

Bakının Sabunçu rayonu ərazisində qəzalı vəziyyətdə olan binanın sakinləri acınacaqlı vəziyyətlə üzləşiblər.

 

Bu barədə sakinlər Baku.ws-in “qaynar xətt”inə müraciət ediblər.

 

Onlar bildiriblər ki, 1880-ci ildə tikilmiş binada yaşamaq həddən artıq təhlükəlidir. Sabunçu qəsəbəsi, H.B.Zərdabi (S.M.Əfəndiyev) küçəsində yerləşən 13-cü binanın sakinləri 142 yaşı olan tikilidən nə vaxt canlarını qurtaracaqları günü səbirsizliklə gözləyirlər.

 

Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, onlara bu istəklərinin nə vaxt reallaşacağı barədə cavab verilməyib.

 

Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən sayta bildirilib ki, qəzalı bina barədə məlumatlıdırlar:

 

“Bakı şəhəri üzrə qəzalı vəziyyətdə olan binaların siyahısı hazırlanaraq aidiyyəti qurumlara göndərilib. Hazırda rayon ərazisində vəziyyəti barədə akt tərtib olunan binaların sayı 19-dur. Bu binalara Fövqəladə Hallar Nazirliyi akt tərtib edib. Digər tərəfdən, 17 binanın təmir-bərpa işlərinə ehtiyacı olduğu müəyyən edilib. Ümumilikdə isə qəza aktı olmayan 177 bina var. Onlar barəsində siyahılar tərtib olunaraq aidiyyəti qurumlara təqdim edilib və bu barədə qərar veriləcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xunta rejiminə dialoq təklifinin LİMİTİ BİTDİ

“...Sonra Rusiya sülhməramlıları sakitcə Qarabağdan çıxacaq”

Mərkəzi Asiya Dövlət Başçılarının QARDAŞLIQ BAĞLARI

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

“Cavablarını verib yerlərində otuzdurmağın vaxtı çatıb”

“Hər sahədə üstünlüklərə malik olan Azərbaycanın qarşısında cılız Ermənistan nə edəcəkdi ki?”

24 saatın NƏTİCƏLƏRİ

Beynəlxalq təşkilatlara antiterror əməliyyatının başlanması ilə bağlı MÜRACİƏT

İşcilərin 70 faizi müqaviləsiz işləyir

44 günlük müharibədə olduğu kimi...

Tibb sahəsində qanunsuz fəaliyyətlə məşğul olanların NƏZƏRİNƏ

Ermənistanın Qarabağdakı hərbi kolonlarına dağıdıcı ATƏŞ ZƏRBƏLƏRİ

Bu bağçalar LƏĞV EDİLDİ

Yeddi mindən çox erməni TƏXLİYƏ EDİLİB

Sülhməramlıların maşını ATƏŞƏ TUTULDU