Zob xəstəliyindən niyə qorxuruq?

09:45 14-09-2022 | icon 591 | Sağlamlıq
Zob xəstəliyindən niyə qorxuruq?

Nərminə Abbasova: “Müalicə oluna bilən və daimi kontrol tələb edən xəstəlikdir”

 

Hər bir xəstəlik vaxtında aşkar edilib müalicə olunmadıqda fəsadlar gec-tez özünü göstərir və çox vaxt gecikmiş müalicənin effektli təsiri də olmur. Bu üzdən hər bir insanın heç olmasa 6 aydan bir müayinələrdən keçməsi vacib amil kimi önə çəkilir. Bəhs edəcəyimiz Zob xəstəliyi də ciddi müayinə və müalicə tələb edən xəstəliklərdəndir.

 

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt NƏRMİNƏ ABBASOVA Versus.Az-ın oxucularını bu dəfə Zob xəstəliyi ilə bağlı məlumatlandıracaq.

 

Nərminə Abbasova öncə onu qeyd etdi ki, qalxanabənzər vəz (tiroid vəzi) boynumuzun ön hissəsində yerləşən, iki paylı, kəpənək formalı, çəkisi təxminən 20-25 qram olan kiçik bir daxili sekresiya vəzisidir. İfraz etdiyi, orqanizm üçün böyük fizioloji əhəmiyyətə malik hormonlarla orqanizmin yaşama tempi-metabolizma, böyümə, inkişaf və s. tənzim olunur. Qalxanabənzər vəzin hazırladığı hormonun sekresiyası azalarsa orqanizmin iş qüvvəsi azalar, artıq sekresiya olunarsa artar:

 

 

 

“Qalxanabənzər vəzin xəstəlikləri özünü - vəz funksiyasının artması, azalması və ya dəyişməməsi şəklində göstərir. Qalxanabənzər vəzin iltihab və xərçəngdən başqa bir səbəblə böyüməsinə zob (ur) deyilir. Tiroid hormonlarının sintezində vacib kimyəvi element yoddur. Normada orta yaşlı sağlam insanların gündəlik yoda olan təlabatı 120-300 mkq-dır. Gün ərzində 100 mkq-dan az miqdarda yodun orqanizmə daxil olması, qalxanabənzər vəzin böyüməsinə, beləliklə, zob xəstəliyinin inkişafına səbəb olur. Yəni, qalxanabənzər vəz yod defisitinə kompensator olaraq böyümə ilə cavab verir. Yod defisitini müəyyən etməyin ən ideal yolu sutkalıq sidikdə xüsusi labaratoriyalarda sidiklə xaric  olan yodun təyin edilməsidir. Xəstəliyin profilaktikasında kalium yodid əlavə olunmuş xörək duzundan istifadə olunur. Xəstəliyin yaranmasında isə başlıca rol irsiyyət, xəstəliyə genetik yaxınlığa bağlıdır. Burada əsəb-sinir sisteminin rolu, xroniki stres reaksiyaları, immuniniteti də unutmaq olmaz. Qadınlarda xəstəlik kişilərə nisbətən 3-4 dəfə çox rast gəlinir”.

 

 

Terapevt bildirdi ki, zob xəstəliyinin inkişafında hamiləliyin xüsusi təkanverici rolu var. Odur ki, hamiləlik zamanı xəstələrimizin xüsusi kontrolu və təqibi çox vacibdir:

 

“Qadın və kişi sonsuzluğunda da bəzən əsas səbəb olaraq, qalxanabənzər vəzin xəstəlikləri araşdırılmalıdır. Praktikada bəzən uzun zaman sonsuzluq problemi ilə əlaqədar xeyli müddət səmərəsiz müalicə almış xəstələrdə “zob” sürprizi ilə də rastlaşırıq”.

 

Nərminə xanım vurğuladı ki, qalxanabənzər vəzin xəstəlikləri uşaqlara da aiddir. Onun sözlərinə görə, uşaqlarda anadangəlmə zob xəstəliyini aşkar etmək üçün yenidoğulmuşlarda topuq qanından götürülən hormon analizlərindən (TSH) istifadə edilir:

 

 

“Pediatrik praktikada əgər uşaqda dil böyüklüyü, səsdə kobudluq və  qalınlaşma, piylənmə, boy qısalığı, boğulma hissi, cinsi inkişafda problemlər, əqli inkişafda gerilik, ödemlər və ya bu əlamətlərdən hansı biri varsa, mütləq qalxanabənzər vəzin xəstəliklərini araşdırmaq lazımdır. Vaxtında diaqnostika edilməyən və buna görə də düzgün müalicə olunmayan uşaqlarda sonralar boy qısalığı, ağıl kəmliyi (kretinizm) kimi ağır fəsadlarla üzləşə bilərik”. 

 

Xəstəliyin əlamətlərinə diqqət çəkən Nərminə xanım bildirdi ki, hormonların artıq sekresiya olunduğu toksiki zoblarda halsızlıq (əsas əlamətdir), əllərdə əsmə-tərləmə, ürək döyüntüsü, əsəbilik, aqressivlik, istiyə və soyuğa dözümsüzlük, gözlərin önə qabarması (dombalangözlük), ishal, iştahanın artmasına rəğmən çəkinin artmaması, səbəbsiz ağlamalar, aybaşı pozulmaları kimi əlamətlər mövcuddur:

 

“Hormonların az sekresiya olunduğu vəziyyətlərdə isə hərəkətlərdə  yavaşıma, saçlarda quruma, tökülmə, dəridə soyuqluq və quruma, aybaşı pozulmaları, piylənməyə meyillik, qəbizlik, özünə qapanma, depressiya, ödemlər və s. var. Hormonal tarazlıq pozulmayan tiplərə gəlincə, onlarda sadəcə olaraq qalxanvari vəzidə böyümə və ya düyün (estetik cəhətdən görünüşdə problem və s.) olur".

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova zob xəstəliyindən əziyyət çəkən hər kəsi müalicə üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür