Nensi Pelosiyə ETİRAZ

13:23 20-09-2022 | icon 596 | Siyasət
Nensi Pelosiyə ETİRAZ

Siyasi Partiyalar ABŞ Nümayəndələr Palatasını qınadı

 

18 sentyabr 2022-ci il tarixində Ermənistana səfər edən ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bölgədəki vəziyyəti təhrif edən açıqlaması ilə gündəmə gəlib. Pelosi 12 sentyabr tarixindən 13 sentyabra keçən gecə delimitasiya olunmamış şərti sərhəddə baş verən insidentlə bağlı Azərbaycana qarşı əsasız və ədalətsiz ittihamlar irəli sürüb. Pelosi Ermənistanın Azərbaycana qarşı törətdiyi genişmiqyaslı hərbi təxribatı və Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu təxribatın qarşısının alınması və ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunması təmin edilməsini gözardına alaraq, ikilistandartlı yanaşmadan əl çəkməyib. Görünən odur ki, ABŞ II Qarabağ savaşında Azərbaycanın qazandığı zəfəri həzm edə bilmir və ardıcıl ölkəmizə qarşı manevrlər edir.

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən siyasi partiyalar ABŞ Nümayəndələr Palatasının spikerini qınayıb və onu haqqın yanında olmağa çağırıb.

 

 

ALDP sədri Fuad Əliyev bildirib ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri və səfərdə verilən bəyanatları reqionda sülhə yox, gərginliyin daha da artırmasına xidmət edir:

 

“Fikrimcə onun əsas məqsədi Cənubi Qafqazda davamlı sülhün, sabitliyin təmin olunmasına maneə yaratmaq, separatizmi stimullaşdırmaq, ziddiyyətləri dərinləşdirmək niyyəti güdür. Xanım Pelosi açıq-aşkar ermənilərə olan sevgesini nümayiş edir. Onu müşayiət edənlərdən üçü erməni əsilli idilər. Xanım Pelosinin Azərbaycan və Türkiyəyə qarşı söylədiyi fikirlər onun anti-türk düşərqənin üzvü kimi büruzə verir.

ABŞ-da ən qəti ermənipərəst siyasətçilərdən biri kimi tanınır.

Xanım Perisin açıqlaması baş vermiş hadisələrə obyektivlikdən uzaq, qərəzli və birtərəfli yanaşmanı əks etdirir. "Ədalətdən" danışan xanım Pelosi bu vaxta kimi Azərbaycana qarşı Ermənistanın təcavüz, işğalçılıq siyasəti, ərazilərinin 30 ilə yaxın davam edən işğalı, yüz minlərlə azərbaycanlının etnik təmizlənməsi, milyondan çox azərbaycanlının öz ata-baba yurdlarından didərgin düşməsi və digər bu kimi ağır cinayətlərlə bağlı məqsədli şəkildə heç bir mövqe nümayiş etdirməyib.

Hesab edirəm ki, xanım Pelosinin bu bəyanatları ciddi zərbədir və ümumilikdə bu regionda gərginliyin daha da artmasına xidmət edir. ALDP olaraq ABŞ Konqresinin bu cür ədalətsiz mövqe tutmasını şiddətlə qınayırıq”.

 

 

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib ki, Pelosinin Ermənistana səfəri ABŞ Konqresinin Nümayəndələr Palatasına noyabrda keçiriləcək aralıq seçkilərlə birbaşa əlaqəlidir.

 

Onun fikrincə, bu səfərin ilk növbədə həmin seçkilərdə ABŞ-dakı erməni disporunun rəğbətini qazanmağa, erməni əsilli amerika vətəndaşlarından mümkün qədər daha çox səs toplamağa və eyni zamanda seçki kampaniyası üçün onlardan daha çox yardım almaqğa hesablanıb:

 

“Hamıya, o cümlədən amerikan syasətçilərinə aydındır ki, erməni diasporu ABŞ kifayət qədər təşkilatlanıb və ayrı-ayrı dairələrdə seçkilərin nəticələrinə təsir göstərmək imkanındadir. Pelosinin İrəvanda Azərbaycan əleyhinə verdiyi açıqlamalar və Azərbaycanı ittiham etməsi də bu konteksdə nəzərdən keçirilməlidir. Bu açıqlamalar Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti tərəfindən haqlı olaraq erməni lobbisinin təsiri altında olan Amerika siyasi dairələrinin antiazərbaycan və antitürk mövqeyinin nümayişkəranə və kobudcasına ifadəsi kimi qiymətləndirilir. Bu cür açıqlamalar regionda sülh yaradıcılığına xidmət etmir. Əksinə, Ermənistanda revanşist meylləri stimullaşdırir və təcavüzkarın şirnikləndirilməsi kimi qiymətləndirilməlidir. 

Xatırlatmaq istəyirəm ki, bu yaxınlarda Fransada prezident seçkiləri zamanı namizədlərdən biri də oxşar addımlar atmışdı. Lakin onun Ermənistana və Xankəndinə səfəri seçkilərdə uğur gətirmədi. İnşallah xanım Pelosiyə də heç bir uğur gətirməyəcək. Aydınlar Partiyası olaraq ABŞ-ın ədalətsiz mövqeyini qınayırıq”.

 

 

AMİP sədri Arzuxan Əlizadə bildirib ki, 44 günlük Qarabağ savaşında Azərbaycanın qələbəsi bölgədə qüvvələr nisbətini, reallıqlar nisbətini tam olaraq Azərbaycanın xeyrinə dəyişib.  Müharibədən dərhal sonra Azərbaycan sərt mövqeyini ortaya qoyaraq ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən birmənalı olaraq imtina etdiyini bəyan edib. ATƏT-in Mİnsk Qrupunun həmsədrlərindən biri olan ABŞ vasitəçilik missiyasından kənarda qalmaqla eyni zamanda regionu nəzarətdə saxlamaq imkanlarından da məhrum olmaqdadır.

 

A.Əlizadə qeyd edib ki, 44 günlük müharibədən sonra faktiki olaraq Rusiyanın, paralel olaraq Avropa İttifaqı Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə tərəflərin bir araya gəlinməsinə nail olunub. ABŞ bu kontekstdə növbəti dəfə ATƏT-i dirçəltmək çabalarını göstərir. ABŞ ATƏT-in Minsk Qrupunda təmsil olunan dövlət olaraq işğala məruz qalan ölkə ilə işğalçı arasında eyni mövqe göstərib. Faktiki olaraq Ermənistanın tərəfini tutub:

 

“Nensinin Baydenin də təmsil olunduğu camiyə 92-ci ildə Azərbaycana qarşı yönəlmiş 907-ci düzəlişin qəbul olunmasına vəsilə olub. Bunların ermənipərəst siyasəti 30 ildir ki, davam edir.  ABŞ Demokratlar Partiyasının nümayəndələrinin ermənilərə münasibətində təəccüblü bir şey yoxdur. O da məlumdur ki, Ermənistanın hazırki baş naziri Paşinyan, SOROS-un və ABŞ-ın dəstəyi ilə hakimiyyətə gətirilib. Onun vasitəsi ilə Ermənistanı Rusiyadan qoparıb qərbə yönəltmək, Ermənistan vasitəsi ilə regionda nəzarəti öz əllərində saxlamaq siyasəti yürüdülür”.

 

Partiya sədri bildirib ki, son Sərhəd hadisələrində Paşinyanın nüfuzunda daha bir zərbə vurulub. Onun fikrincə, bu səfər Paşinyanın laxlayan hakimiyətini möhkəmləndirmək məqsədi güdür:

 

“AMİP olaraq ABŞ-ın hazırkı hakimiyyətinin Azərbaycana qarşı sərgilədiyi münasibəti şiddətlə qınayırıq. Azərbyacan beynəlxalq hüquq çərçivəsində tanınan sərhədlərini qorumaq Azərbaycanın haqqdır. Heç kəs müstəqil dövlətin özünü qoruma haqqını əlindən ala bilməz”.

 

 

ANAP sədri Abutalıb Səmədov bildirib ki, Nensi Pelosinin təcili Ermənistana səfər etməsi, orda verdiyi bəyanatlar əvvəlkilərdən heç nə ilə fərqlənmədi.

 

Partiya sədri hesab edir ki, Demokratlar Partiyasının indiki admnistrasiyası Nensi Pelosi ilə eyni mövqedədir və eyni siyasət aparırlar:

 

“2020-ci il II Qarabağ müharibəsi bitəndən bu günə qədər ABŞ əlindən gələni edir ki, müharibənin nəticələrini aradan qaldırsın, tanımasın və Qarabağa ən yüksək status versinlər. Bu istiqamətdə məqsədəuyğun olaraq ardıcıl addımlar atırlar. Pelosinin də bu bəyanatı bu məqsədə xidmət edən addımdır. ABŞ regiondakı yeni reallığı  qəbul etmir. Həmçinin, qarşıdan seçkilər gəlir. Onun seçildiyi dairədə çoxlu ermənilər yaşayır və ermənilərin razılığını qazanmaq üçün bu addımı atır.

30 ildə Azərbaycan torpaqları işğal olunanda, Rusiyanın yardımı ilə Ermənistan Azərbaycanın başına fəlakətlər gətirəndə hardaydı bu Nensi. Niyə biri gəlib bu cür bəyanatlar vermədi. Təəssüf ki, bizim “Amerika bülbülləri”nin səsi çıxmır: Əli Kərimli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, Arif Hacıyev, etiraz edin, qəzəbinizi bildirin. Amerikaya qarşı etiraz etmək cəsarətini gösrtərin. Azərbaycanı günahlandrmağa çalışmayın. Partiya olaraq ABŞ_ın bu qərəzli mövqeyinə etiraz edirik”.

 

 

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov bildirib ki, Nensi Pelosi İrəvana yəqin ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində törətdikləri təxribatı, Paşinyanın öz dilindən eşitməyə, vəziyyətlə yerində tanış olmağa, Ermənistanın müvafiq orqanları ilə fikir mübadiləsi apararaq Ermənistan rəhbərliyinə regionda vəziyyəti daha da gərginləşdirməyə dair növbəti tapşırıq vermək üçün gəlib: 


"Artıq keç kimə sir deyil ki, Azərbaycanı təxribata çəkmək istəyən Ermənistan, bu yöndəki bütün addımlarını Qərbdən aldığı təlimatlar əsasında edir. Çünki bölgədəki mövcud geosiyasi reallıq Qərbin maraqlarına uyğun gəlmir və onlar iki il bundan əvvəl 44 günlük zəfər savaşında Azərbaycanın Ermənistan üzərində qazanmış olduğu şanlı qələbəsini və Ermənistanın kapitulyasiya aktına imza atmasını qəbul edə bilmirlər. Bu reallıq ABŞ, Fransa ilə yanaşı digərAvropa Birliyində daxil olan dövlətləri də qane etmir.

Azərbaycan Republikasının Prezidenti İlham Əliyev mütəmadi olaraq öz çıxışlarında qeyd edib ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar Ermənistanla aparılacaq müzakirələrdə Qarabağ məsələsi müzakirə obyekti ola bilməz, çünki bu ölkəmizin daxili işidir. Eyni zamanda, dövlət başçısı dəfələrlə bəyan edib ki, Azərbaycan dövləti və xalqı ATƏT-in Minsk qrupunun fəaliyyətinin yenidən bərpa olunmasını istəmir və Qarabağ məsələsinin həmin qurumda müzakirə edilməsinə ehtiyac duymur.

Bütün bunlara baxmayaraq, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Blinken Minsk qrupuna yeni Amerikalı həmsədrini təyin edir və həmin şəxsdə Ermənistan tərəfindən qəbul olunur. Bunun ardınca Ermənistan müdafiə naziri Papikyan ABŞ –a səfər edir və səfər çərçivəsində Penslivanidə və Pentaqonda ABŞ Müdafiə Nazirliyinin yüksək çinli rəsmiləri ilə məxfi görüşlər keçirərək danışıqlar aparır. Maraqlıdır, Amerikalı həmsədrin İrəvandakı, Papikyanın isə Pentaqondakı görüşlərindən sonra Ermənistan sentyabrın 12-dən 13-ə keçən gecə Azərbaycana ərazisində təxribat törədir və törədilmiş təxribatın nəticəsində Azərbaycan silahlı qüvvələrinin şəxsi heyəti arasında itkilər olur və infrastruktura ziyan dəyir. Azərbaycan Respublikası Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan ordusu Ermənistan tərəfindən törədilmiş təxribatın qarşısını qətiyyətlə alır və qarşı tərəfin atəş nöqtələri susdurulur".

 

R.Qurbanov hesab edir ki, Ermənistan bu hərəkəti ilə Rusiyanı Ukraynadan sonra postsovet məkanının başqa bir bölgəsində - Cənubi Qafqazda ABŞ-la üz-üzə qoymaq istəyir.

 

 

Azad Vətən Partiyasının sədri Akif Nağı ABŞ-ın Qarabağla bağlı mövqeyinin həmişə ədalətsiz olduğunu önə çəkib. Bildirib ki, hələ 1989-cu ildə “dünya Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə fəaliyyətə keçməsindən xəbərsiz” olduğu bir vaxtda ABŞ Konqresi Azərbaycana qarşı qətnamə qəbul edib. Həmin qətnamədə guya ABŞ “Dağlıq Qarabağ”dakı ermənilərin haqq-ədalət mübarizəsini müdafiə edib. Daha sonra A.Nağı Konqresin 1992-ci ildə “907-ci düzəlişi”, 1998-ci ildə  “Dağlıq Qarabağ”dakı qondarma quruma yardımla bağlı qərarını qeyd edib:

 

“Ondan sonrakı illərdə də ABŞ daim Azərbaycanın maraqlarına zidd olan mövqe ortaya qoyub. Bu 2007-2008-ci illərdəki Madrid Prinsiplərində də özünü göstərdi. ABŞ indi də mövcud status-kvodan narazıdır. Bilirik ki, 44 günlük müharibədən sonra ABŞ-ın Azərbaycana mövqeyi sərt oldu.  Azərbaycanı qınadılar, ittiham etməyə cəhd elədilər. Bu gün də Minsk Qrupunu gündəmə gətirir, status məsələsini önə çəkirlər. Onların fikrincə, guya “Qarabağ münaqişəsi” bitməyib. Son hadisələr də bunun davamıdır. Nensi Pelosi bütün canı ilə qanı ilə erməniləri müdafiə edir. O, qondarma “soyqırım” məsələsində də ernmənilərin tərəfində durur. O, bu gün də Azərbaycanı ittiham edən çıxışlar edir, ermənilərin hərbi müdafiəsində duracaqlarını deyirlər. ABŞ regionu yenə öz plazdarmına çevirmək istəyir. Bu xətt ABŞ prezidenti tərəfindən müfdafiə olunacaq ya yox, bilinmir. ABŞ regionda qarşıdurma yaratmaq istəyir, yenə də vasitəçilik missiyasını önə çəkmək istəyirlər. Azərbaycan isə qətiyyən onların maraqlarına cavab verən çıxışlara yol verməməlidir. Azərbaycan dövlətinin haqlı mövqeyinin yaanınadıyıq, ABŞ-ın bu qərəzli münasibətini pisləyirik”.

 

 

ADP sədrinin müavini Taliyyət Əliyev bildirib ki, ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfəri çərçivəsində Azərbaycanın ünvanına səsləndirdiyi ittihamlar qəbuledilməzdir.

 

Bu mövqe onların erməni təəssübkeşliyindən irəli gələn mövqe kimi dəyərləndirilməlidir:

 

"Bildiyiniz kimi Azərbaycanla Ermənistan arasında Brüsseldə gedən danışıqları ABŞ-da dəstəkləyir və hər dəfə onlar tərəfləri bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanmasına çağırır. Lakin, N.Pelosinin verdiyi açıqlamalar isə əksinə Ermənistanı Azərbaycana qarşı təcavüzkar hərəkətlərə təhrik edir ki, bu da bölgədə sülhə və təhlükəsizliyə bir başa təhdiddir. Bu baxımdan ABŞ administrasiyası Pelosinin bu açıqlamalarına aydınlıq gətirməlidir. Çünki, bu mövqe ABŞ-ın Azərbaycandakı mövqelərinə ciddi xələl gətirir. Necə ola bilir ki, Ermənistan 30 il ərzində Azərbaycanın 20 faizə qədər torpaqlarını işğal altında saxlayanda, hazırda da Azərbaycanın bir neçə yaşayış məntəqələrinin erməni işğalında qaldığı, erməni hərbi birləşmələrinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tələblərinə zidd şəkildə hələ də Azərbaycan torpaqlarında qalması faktına obyektiv olaraq münasibət bildirməyən, Ermənistanı təcavüzkar kimi qələmə verməkdən imtina edən Pelosi kimi ABŞ rəsmiləri indi Azərbaycan və Ermənistan arasında olan sərhədlərin hələ də müəyyən edilməyən ərazidə baş verən hərbi toqquşmalar zamanı ordumuzun irəliləməsinə görə Azərbaycanı Ermənistan ərazilərini işğal etməkdə ittiham edir..? Hesab edirəm ki, ABŞ-ın bu ikiüzlü siyasətinə son qoyulmalıdır. Əks halda regionda davamlı sülhə və təhlükəsizliyə nail olmaq mümkün olmayacaq və bunun da ən böyük ziyanını Ermənistan tərəfi çəkəcək". (hafta.az)

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili