Milli Qəhrəman Alı Mustafayevin xatirəsi yad olunub

 

14:02 18-01-2019 | icon 531 | Mədəniyyət
Milli Qəhrəman Alı Mustafayevin xatirəsi yad olunub
 

 

Mədəniyyət Nazirliyinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Vətənpərvərlik Kinosu Həftəsi” çərçivəsində Yasamal rayon Heydər Əliyev Mərkəzində Milli Qəhrəman məşhur telejurnalist, Qarabağ müharibəsi şəhidi Alı Mustafayevin əziz xatirəsinə həsr olunmuş rejissor Kamalə Musazadənin “Alı Zirvəsi” sənədli filminin təqdimatı olub.

Versus.Az Trend-ə istinadən bildirir ki, tədbirdə Cəmşid Naxçıvanski adına hərbi liseyin şöbə rəisinin müavini, mayor Natiq Rəhimov və liseyin kursantları, BDU-nun jurnalistika fakültəsinin müəllimi, professor Nəsir Əhmədli, “Xalq Qəzetini”nin baş redaktorunun müavini Tahir Aydınoğlu, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon filialının sədri Məhi Məmmədov, KİV nümayəndələri və Alı Mustafayevin ailə üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları Mərkəzin “Muzey” bölməsi ilə tanış olublar, ulu öndərin büstünü ziyarət ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb və 20 yanvar şəhidlərini bir dəqiqəlik sükutla yad edilib.

 

Aparıcı Azər Zeynalzadə qeyd edib ki, 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində digər faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı düşünülmüş siyasətin növbəti təzahürü olduğunu bildirib, həmçinin qəhrəman Alı Mustafayevin həyat haqqında danışıb.

Çıxışçılar, Alı Mustafayevin müəllimləri, dostları onunla bağlı öz xatirələrini bölüşüblər, onun çevik, qorxmaz bir telejurnalist olmasını, qaynar nöqtələrdən reportajlar hazırlamağa birinci getməsini, bir neçə dəfə vertolyot qəzasına düşməsinə baxmayaraq daim ön cəbhədə olduğunu bildiriblər.

Daha sonra film tamaşaçılara təqdim olunub. Sonda Milli Qəhrəmanın bacısı Maral Mustafayeva öz ailəsi adından tədbir təşkilatçılarına və filmin çəkilişində əməyi keçənlərə təşəkkürünü bildirib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür