Partiyalar AXCP-nin aksiyasını pislədi-AÇIQLAMA

13:27 30-09-2022 | icon 348 | Siyasət
Partiyalar AXCP-nin aksiyasını pislədi-AÇIQLAMA

 

 

Xəbər verildiyi kimi, sentyabrın 30-da AXCP-nin təşəbbüsü ilə Milli Məclisin qarşısında “Siyasi Partiyalar haqqında” qanun layihəsinə etiraz olaqar aksiyanın keçirilməsi planlaşdırılmışdı.  İcra hakimiyyəti aksiyanı məqsəduyğun saymasa da,  aksiyaçılar bu tədbirdə isararlı idi. Daxili İşlər Nazirliyi də bəyan etdi ki,  icazəsiz aksiyanın qarşısı alınacaq.

Məlumdur ki, sentyabrın 28-də qanunun ictimai müzakirəsi təxirə salınıb. Aksiyaçılar bunu da kütləvi tədbirlərinin təxirə salınmasına yönəlik addım sayıblar. Qeyd ediblər ki, aksiyada həm də “siyasi məhbuslar”, “demokratik seçkilər”, “Rusiya ilə sərhədlərin açılması” məsələləri də qaldırılacağı üçün məqbuldur.  

Sərhəddə ermənilərin təxribatı davam etdiyi bir vaxtda AXCP-nin qeyd olunan məsələlərlə bağlı etiraz aksiyası keçirməsi nə dərəcədə vacibdir. Partiyaların bu aksiyaya münasibəti nədir?

 

 

Azad Vətən Partiyasının sədri Akif Nağı Versus.az- bildirib ki, hər bir şəxsin, o cümlədən siyasi təşkilatların aksiya keçirmək hüququ var.  Amma bu,  əsaslıı olmalıdır.

 

“Şəxsən hesab edirəm ki, AXCP-nin təşəbbüsü ilə keçirilməsi nəzərdə tutulan aksiyanın qarşısına qoyulan məsələ o qədər də obyektiv məsələlər deyil.  Burda "siyasi məhbuslar”, “deokratik seçkilər”, “Rusiya ilə sərhədlərin açılması” məsələsinin qaldırılacağı deyilsə də, heç biri bugünkü reallıqda obyeksiv səbəblər deyil”.

Xüsusilə də “siyasi məhbus” məsələsi ilə bağlı hüquq müdafiəçilərinin məşğul olduğunu önə çəkən A.Nağı bildirib ki, ilk öncə sözün hansı siyasi məhbuslardan gedildiyinə aydınlıq gətirilməlidir.

 

“Bunlar nə üçün indi ortaya düşüblər. Çox vaxt bu cür təşəbbüslə çıxış edənlər xarici mərkəzlərin sifarişini yerinə yetirirlər.  Hər şeydən öncə Azərbaycan dövlətinin maraqları gözlənilməlidir. Yaxud, Rusiya ilə sərhədlərin açılması nə dərəcədə realdır?..

Bilirsiz ki, Rusiyada hazırda səfərbərlik həyata keçirdilir, problemlər yaranıb. Ruslar Qazaxısatan, Gürcüstan  sərhəddinə yığışıblar. Ona görə də hesab edirəm ki, bu aksiya Azərbaycana qarşı çox ciddi təhdid kimi ortaya atılır. AXCP-nin məsələni bu cür qoyması Azərbaycana düşmənçilik mövqeyidir. Bu cür aksiyaları cılız düşüncələrlə təşkil edirlər”.

 

A.Nağı AXCP-yə Ermənistanla münasibətlərin, cəbhə xəttində vəziyyətin gərgin olduğunu xatırlatdı. Bildirdi ki, zaman - zaman Qarabağ Azadlıq Təşkilatı olaraq bu məsələləri ortaya qoyublar və bu gün hər şeydən vacib milli maraqların qorunması olmalıdır.

 

“Heç kəs düşünməsin ki, Qarabağ məsələsi artıq tam həll olunub. Problemlər var, düşmən geri çəkilmir, arxasında ciddi himayədarları var. Fransa, ABŞ kimi dövlətlər hərəsi bir tərəfdən Azərbaycana qarşı çıxırlar. Rusiyanın mövqeyi də hələ ki, tam Azərbaycanın maraqlarına cavab vermir, təhdidlər, təhlükələr var. Belə bir şəraitdə bu cür oyunbazlıqla aksiya keçirmək, qətiyyən düzgün deyil. Siyasi partiyalar haqqında layihə müzakirəyə təqdim olunarsa, hər kəs dinc şəkildə öz mövqelərini bildirsin. Cəmiyyət bəyəncəksə, dəstəklənəcəkdir. Əks halda 30-40 adamı ortaya salıb aksiya görüntüsü ilə cəmiyyətdə narahatçılıq yaratmasınlar”.

 

 

 

AMİP sədri Arzuxan Əlizadə açıqlamasında bildirib ki, aksiya, piket, mitinq keçirmək siyasi təşkilatların, insanların konstitusiyada təsbit olunan hüququ olsa da, bu gün keçirilməsi düzgün deyil.

 

“Hazırki həssas, düşmənlə üz-üzə qalığımız bir dönəmdə, regionda baş verən hadisələr fonunda  ölkə daxilində vəziyyəti gərginləşdirmək cəhdləri heç bir halda qəbul edillə bilməz və bu Azərbaycanın dövlət maraqlarına uyğun deyil. Azərbaycanın düşmənləri maraqlıdırlar ki, ölkə daxilində gərginlik olsun, ölkədə birlik modeli pozulsun ki, Azərbaycanın əldə etdiyi uğurlar uğurlara kölgə salınsın. Daxildə yaranan gərginlik düşmənin daha da əl -ol açmasına imkan yarada bilər.  Ona görə də partiya olaraq hesab edirik ki, bu gün ölkədaxili siyasi aksiyaların həyata keçirilməsi heç bir halda dövlət milli maraqlara xidmət eləmir. Bu cür qarşıdurmaya səbəb ola biləcək aksiyalardan çəkinməkdə böyük fayda var”.

 

LƏMAN

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür