Rusiya Avropa ölkələri ilə sərhədində də çağırış məntəqələri qurdu

09:23 05-10-2022 | icon 437 | Dünya
Rusiya Avropa ölkələri ilə sərhədində də çağırış məntəqələri qurdu

Rusiyadan çıxışda kilometrlərlə tıxacın yarandığı Pskov vilayətində keçid məntəqələrində mobil hərbi komissarlıqlar yerləşdirilib.

 

Bu barədə vilayətin qubernatoru Mixail Vedyornikov özünün “Telegram” kanalında xəbər verib.

 

Onun sözlərinə görə, sərhədlərə insan axını çox böyükdür.

 

“Gedənlər arasında çoxlu Ukrayna vətəndaşı var, lakin çağırış yaşında olan Rusiya vətəndaşları da az deyil”, - deyə o vurğulayıb.

 

Qeyd edək ki, Rusiyanın Pskov bölgəsi Estoniya və Latviya ilə həmsərhəddir.

 

Bundan əvvəl Latviya hökuməti Rusiyada elan edilən səfərbərliklə bağlı Pskov vilayəti ilə həmsərhəd rayonlarda fövqəladə vəziyyət rejimi tətbiq edib.

 

Xatırladaq ki, Rusiya Gürcüstan və Qazaxıstanla sərhəddə də müvəqqəti qismən səfərbərlik məntəqələri yaradıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR