Ronalduya MLS tarixində ən yüksək maaş təklifi

07:42 10-10-2022 | icon 418 | İdman
Ronalduya MLS tarixində ən yüksək maaş təklifi

MLS-də (Major League Soccer - ABŞ və Kanadada futbol liqaları sisteminin ən yüksək divizionu - red.) oynayan, sahiblərindən biri İngiltərə millisinin keçmiş oyunçusu Devid Bekhem olan Amerikanın “İnter Mayami” klubu “Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştianu Ronalduya liqa tarixində rekord maaş təklif edib.

 

ABŞ klubu futbolçuya bir mövsüm üçün 34 milyon avro maaş verməyə hazırdır. Bu, portuqaliyalını MLS tarixində ən çox maaş alan futbolçu edəcək.

 

Daha əvvəl məlum olmuşdu ki, Kriştianu qışda “Mançester Yunayted”i tərk etmək niyyətindədir.

 

Qeyd edək ki, Ronalduo bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 9 oyun keçirib və 1 qol vurub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR