Dönər də bahalaşdı

13:16 10-10-2022 | icon 463 | İqtisadiyyat
Dönər də bahalaşdı

Dönər üçün nəzərdə tutulan toyuq ətinin qiyməti bahalaşıb. Bu barədə Trend-ə bazardakı mənbələr məlumat verib.

 

Əvvəlki vaxtlarda dönər üçün nəzərdə tutulan toyuq ətinin bir kiloqramı üçün qiymət 5 - 5,50 manat dəyişirdi. Hazırda isə 10 gündür ki toyuq ətinin bir kiloqramı 6 manat 50 qəpiyə satılır.

 

Qiymət artımı ilə əlaqədar paytaxtda müxtəlif yerlərdə satılan toyuq dönərinin də qiymətində artımlar baş verib. Qiymət artımı etməyən dönərxanalar isə dönərin porsiyasına dəyişiklik etməli olublar.

 

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, Azərbaycanda ərzaq məhsullarının, o cümlədən qeyd etdiyiniz toyuq ətinin qiyməti dövlət tərəfindən tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, tələb-təklif və istehsal xərclərinin dinamikası əsasında, eyni zamanda dünya bazarındakı (o cümlədən əsas idxal bazarlarındakı) müvafiq məhsulun və onun əsas xammallarının qiymətlərinə uyğun olaraq formalaşır.

 

“Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna əsasən, sahibkarlar öz məhsulları (işləri, xidmətləri) üçün qiymətləri sərbəst müəyyən edirlər. Bununla belə, dünya ərzaq bazarında qiymətin artımı fonunda ölkədə ərzaq məhsullarının qiymətində manipulyasiyalara yol verilməməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qanunamüvafiq tədbirlər həyata keçirir. Belə ki, əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymətin formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə dövlət xidməti tərəfindən istehlak bazarında mütəmadi monitorinqlər aparılır və qanun pozuntuları aşkar olunan zaman qanunvericiliyə uyğun tədbirlər görülür”, - deyə qeyd olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT