Avropa Komissiyasından Rusiyaya qarşı yeni SANKSİYALAR

15:51 10-10-2022 | icon 314 | Dünya
Avropa Komissiyasından Rusiyaya qarşı yeni SANKSİYALAR

Avropa Komissiyası Rusiyaya qarşı yayınması mümkün olmayan yeni sanksiyalar paketi hazırlayıb.

 

Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.

 

“Biz səkkiz sanksiya paketi hazırlamışıq və hər bir nümunədən onlardan yayınmaq üçün “boşluqların” necə bağlanacağını öyrənmişik. İndi biz bu yayınmaların qeyri-mümkün olması üçün tədbirləri nəzərdə tutan başqa bir paketlə çıxış edirik”, - deyə o, Tallində mətbuat konfransında deyib.

 

Fon der Lyayen Avropa İttifaqının tətbiq etdiyi ixrac qadağalarının Rusiya iqtisadiyyatına çox güclü təsir göstərdiyini bildirib:

 

“Məsələn, yüksək texnologiyalı məhsulların istehsalı səngiyib, hərbi texnoloji komplekslərə təsir edilib, bizim məqsədimiz bundan ibarətdir. Bu, praktiki olaraq dayanmış avtomobil istehsalına da aiddir”.

 

Fon der Lyayen də Avropa İttifaqının sərhədləri üzərində ciddi nəzarətin qurulmasının tərəfdarı olduğunu bildirib:

 

“Buna görə də Avropa Komissiyası üzv dövlətlərə ölkələrin sərhəd nəzarətini gücləndirməyi tapşırıb”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq