Ermənistanda cinayət işi açıldı

11:37 14-10-2022 | icon 379 | Dünya
Ermənistanda cinayət işi açıldı

Krım körpüsünün partladılması ilə bağlı...

 

Ermənistan Milli Təhlükəsizlik Xidməti Krım körpüsündə partlayışın törədilməsində iştirakla bağlı cinayət işi açıb.

 

Bu barədə idarənin saytında məlumat verilib.

 

“Alınan məlumatın düzgünlüyünü yoxlamaq və işin bütün hallarını aydınlaşdırmaq üçün (Krım körpüsündə terror aktı ilə bağlı) Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq şöbəsində beynəlxalq terrorizmdə iştirak, partlayıcı maddələrin bir qrup şəxs tərəfindən Avrasiya İqtisadi İttifaqının sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi, habelə sənədlərin saxtalaşdırılması faktı ilə bağlı cinayət işi başlanıb”, - deyə məlumatda bildirilir.

 

İdarədən əlavə edilib ki, cinayət işi üzrə ibtidai istintaq davam etdirilir, bütün mümkün hüquqi vasitələrdən istifadə edilməklə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Xatırladaq ki, oktyabrın 12-də Rusiya Federal Təhlükəsizlik Xidməti Krım körpüsündə partlayışla bağlı cinayət işi çərçivəsində beş Rusiya, üç Ukrayna və bir Ermənistan vətəndaşının həbs edildiyini açıqlayıb. Kəşfiyyat xidmətinin məlumatına görə, cinayətin təşkilatçısı Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovdur.

 

Ümumilikdə hazırda terror aktının təşkilində əli olan ən azı 12 nəfər müəyyən edilib. Partlayıcı maddənin Bolqarıstandan Gürcüstanın Poti limanına, oradan da Ermənistana ötürülməsinin təşkili işinə Ukrayna vətəndaşları Syurkalo Mixail Vladimiroviç, Kovaç Denis Oleqoviç, Solomko Roman İvanoviç, Gürcüstan vətəndaşları İnosaridze Sandro, Levan adlı broker və Ermənistan vətəndaşı Artur Terçanyan cəlb edilib. Ukrayna vətəndaşı Volodimir Vasilyeviç Zlob və daha 5 nəfər Rusiya vətəndaşının köməkliyi ilə yükü qəbul edən Krımda mövcud olmayan şirkət kimi göstərilib.

 

Qurumun məlumatına görə, partlayıcılar Odessadan yola çıxaraq Bolqarıstan, Gürcüstan və Ermənistan keçməklə göndərilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122