Bu xəstəlik zamanı sümüklər daha kövrək olur

16:58 19-10-2022 | icon 867 | Sağlamlıq
Bu xəstəlik zamanı sümüklər daha kövrək olur

Nərminə Abbasova: “Onurğa sütununun əyilməsi nəticəsində daxili orqanların fəaliyyəti də pisləşir”

 

Sümük xəstəliyi əsasən D vitamini çatışmazlığı nəticəsində yaranan xəstəliklərdir. Son dövrlər daha da aktuallaşıb və skolioz, kifoz, lordoz, osteoparoz, raxit, osteoxondroz, artroz (osteoartroz) növlərinə rast gəlinir.

 

Versus.Az-ın ailə həkimi, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi NƏRMİNƏ ABBASOVA mövzumuzla bağlı oxucularımızı məlumatlandırıb.

 

Öncə skolioz xəstəliyindən bəhs edən Nərminə xanım bildirdi ki, skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bəzən insanlarda kompleks halına gəlir:

 

“Əyriliklər əsasən bel və döş nahiyələrində müşahidə olunur. Xəstəliyin proqressiv inkişafi onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasina gətirib çıxarır. Bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistemlərin patoloji dəyişikliklərinə səbəb olur”.

 

 

Həkim-terapevt qeyd etdi ki, yeniyetməlik dövrünün idiopatik skoliozu ən çox 10-14 yaş dövründə təsadüf edir. Həkimin sözlərinə görə, xəstəlik oğlan uşaqlarına nisbətən qız uşaqlarında daha çox müşahidə olunur:

 

“İdiopatik skolioz adı bu günə qədər xəstəliyin əmələ gəlmə səbəbinin məlum olmamasına görə verilib. Simptomlarına gəlincə, bu xəstəlik zamanı əksər uşaqların heç bir şikayəti olmadığına görə, xəstəlik əsasən nəzərəçarpacaq deformasiya olduqda aşkar edilir. Xarici görünüşə görə əlamətlərə diqqət yetirmək lazımdır. Məsələn, bir çiyin və ya bud-çanaq oynağı digərindən yuxarıda yerləşir, bir kürək sümüyü digərindən yuxarıda yerləşə bilir, önə doğru əyildikdə bu əlamətlər daha çox nəzərə çarpır. Deformasiyanın qabarıq tərəfində "qabırğa donqarlıq" əmələ gəlir, bir qol digərindən uzun görünür, bel nahiyəsində yerləşən üçbucaqların assimetrikliyi nəzərə çarpır”.

 

Nərminə xanım Neyrofibroma səbəbli skoliozdan danışarkən bildirdi ki, Neyrofibroma səbəbli skolioz şiş, artrit, infeksion xəstəliklər, maddələr mübadiləsinin pozulması və sair səbəblərdən yaranan skoliozlar. Müalicəsi əsasən iki üsuldan ibarətdir: konservativ üsul, cərrahi üsul. Terapevtin sözlərinə görə, əksər hallarda skoliozu xüsusi müalicə etməyə ehtiyac olmur, yalnız profilaktika kifayət edir:

 

 

Qıç və qol uzantıları. İdman hərəkətləri vacibdir. Onurğa sütunu 20°-dən az əyilərsə, xəstəliyin son gedişatından yalnız profilaktika aparmaq kifayət edir. Xüsusi müalicəyə ehtiyac olmur, 6 ayda bir dəfə və ya ildə bir dəfə yalnız rentgen müayinəsi edərək vəziyyətə nəzarət etmək lazımdır. Qeyd edim ki, onurğa sütunu təqribən 20-40° əyilərsə, korset geyinmək lazımdır. Korseti sümük sisteminin inkişaf dövrü bitənə qədər təqribən 15-16 yaşına qədər geyinmək olar. Korsetin funksiyası skoliozun daha da kəskinləşməsinin qarşısını almaq və ya onu müəyyən həddə saxlamaqdır. Korsetlə skoliozu düzəltmək qeyri-mümkündür. Yəni, əgər onurğa sütununun 30°-li əyilməsi vəziyyətində korset geyilərsə, əyilmiş bucağın dərəcəsi heç də 20° və ya 10° azalmır, korsetdən sadəcə 30°-dən də çox əyilmənin qarşısını almaq məqsədi ilə istifadə olunur. Korsetdən istifadə edərkən skoliozun dərəcəsinin 30°-dən 20°-ə qədər azalması qeyd edilə bilər. Lakin bu, korsetdən istifadə edilən müddətdə belə görünür. Əgər korsetdən istifadə dayandırılarsa, 1-2 ildən sonra onurğa sütunu öz əvvəlki vəziyyətinə qayıdır”.

 

Sümük xəstəliyinin kifoz, lordoz, osteoparoz, raxit, osteoxondroz, artroz növlərinə gəlincə, Nərminə xanım bildirdi ki, kifoz insanın onurğasında baş verən qeyri-normal əyriliklərdən biri – onurğanın döş nahiyəsindən önə doğru əyilməsidir. Əlamətləri isə donqar durmaq, yüngül kürək ağrıları, onurğada tutulmalar və ya ağrı, yorğunluqdur:

 

 

“Lordoz isə onurğa sütununun Deformasiyası nəticəsində yaranır. Onurğa boyun, kürək və bel hissəsində başın ağırlığını dəstəkləmək və şok zərbələrini əmmək üçün təbii olaraq qıvrımlara sahibdir. Lordoz bel yəni lumbal bölgədəki təbii qövs normalın üzerində olduğunda yaranır. Bu vəziyyət onurğada həddindən artıq təzyiqə səbəb olub ağrılara yol açır. Lordozu olan insanlarda ümumiyyətlə beldə görnən şəkildə bir qövs olur. Onlara yandan baxdıqda bel C şəklində görünür. Lordozun olub-olmadığını yoxlamaq üçün ən asan yol sərt bir yerə kürəyi üstə yatmaq, əlinizi sıx bir şəkildə belinizin altına sürüşdürməniz lazımdır. Əgər lordozunuz varsa, əlinizlə beliniz arasında əlavə boşluq olacaq”.

 

Həkim qeyd etdi ki, sümük xəstəliyinin osteoparoz növü skeletin metabolik xəstəliyi olub, sümük toxumasının zədələnməsi, sümüklərin deformasiyası və sınığı ilə nəticələnən xəstəliyidir:

 

 

“Sümük toxumasının həcminin azalması ilə müşayiət olunur. Bunun nəticəsində xəstəlik zamanı sümüklər daha kövrək olurlar. Osteoparoz çox geniş yalılmış bir xəstəlik olub, xüsusilə qadınlarda menopauza dövründə rast gəlinir. Bunun səbəbi klimaksın başlaması ilə qadınların əksəriyyətinin orqanizmində kalsium mübadiləsinin pozulmasıdır. Məsələ burasındadır ki, qadın cinsi hormonları olan estrogenlər digər təsirlərindən savayı, sümük toxumasının sıxlığına və möhkəmliyinə də təsir edir. Osteoparoz prosesinə onurğa sütunu daha çox məruz qalır. Fəqərələrdə çoxlu sayda kiçicik sınıqlar əmələ gəlir. Daxilindən zədələnməyə məruz qalmış fəqərə onurğa sütununa olan təzyiqə davam gətirməyərək sınır. Onurğa sütununun bu dəyişikliyə uğraması tədricən boyun qısalmasına və onurğanın əyilməsinə səbəb olur. Onurğa sütununun əyilməsi nəticəsində daxili orqanların fəaliyyəti də pisləşir. Belə ki, bu zaman tənəffüsün çətinləşməsi, onurğa beynindən çıxaraq qabırğaların arası ilə gedən sinirlərin sıxılmasaı nəticəsində belin aşağı hissəsində və ürək nahiyəsində baş verən ağrılar, mədə-bağırsaq sisteminin pozulması və digər bu kimi əlamətlər yaşanmış olur”.

 

Normal və raxit nəticəsində deformasiyaya uğramış sümüklərdən də bəhs edən həkim-terapevt bildirdi ki, Raxit - uşaq xəstəliyi olub 2 aylıqdan başlayaraq 3 yaşa qədər təsadüf edilir:

 

“Raxitin yaranma səbəbləri əsasən bunlardır - qeyri-düzgün qidalanma, D vitamini çatışmazlığı, ultrabənövşəyi şüaların kifayət olunmaması, böyrək xəstəlikləri, qaraciyər xəstəlikləri, qəbul edilən qidaların tərkibində lazımı qədər mikroelementlərir, kalsium, fosfor,maqnezyum və dəmirin olmaması”.

 

Nərminə xanım qeyd etdi ki, sümük xəstəliyinin osteoxondroz (zədələmiş qığırdaq) növü olduqca çox yayılmış fəqərə sütunu xəstəliyidir. Onun sözlərinə görə, hazırkı dövrdə müxtəlif dərəcəli osteoxondroza insanların əksəriyyətində rast gəlinir:

 

“Bu hal təəccüblü deyil - müasir insan çox az hərəkət edir. Təəssüflər olsun ki, bu xəstələr tibbi yardım üçün çox gec müraciət edirlər. Xəstəlik o qədər inkişaf edir ki, hətta cərrahi əməliyyat tələb olunur. Xalq arasında bu xəstəliyə "duzların yığılması" deyirlər. Lakin bu prosesin adi duzla heç bir əlaqəsi yoxdur. Fəqərəarası diskin jeleyəbənzər nüvəsinin amortizasiya funksiyasını itirməsi, diskin özünün isə nazilərək tədricən dağılması prosesləri osteoxondroz xəstəliyiinin əsasını təşkil edir. Osteoxondroz zamanı onurğa sütunu fəqərələri arasında olan qığırdaq zədələnir. Qığırdaq zədələnərək dağıldıqda fəqərələr bir-birini sıxmağa başlayır, onların arasından keçən qan damarları və sinirlər sıxılır ki, bu da müxtəlif pozulmalara səbəb olur.

 

Və nəhayət  sümük xəstəliyinin Artroz növü. Həkim deyir ki, artroz - qığırdaq toxumasının müxtəlif səbəblərdən zədələnməsi, quruması, səthinin kələ-kötür və çat-çat olmasıdır:

 

“Normada oynaqda sümüklər arasında yumşaq sürüşmə olduğu halda, anormal sürtünmə baş verir - sümüklərin hərəkəti zamanı oynaq səthləri bir birinə ilişir. Bu proses davam etdikcə qığırdaq toxunması get-gedə nazilərək silinir. Nəticədə nazikləşmiş qığırdaq toxunması altında olan sümük toxumasına olan təzyiqin artması nəticəsində sümük toxunması tədricən əzilir və deformasiyaya uğrayır. Artroz əksər hallarda diz, bud-çanaq, ayaqların baş barmaqları və əl barmaqları oynaqlarını zədələyir”.

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova Sümük xəstəliyindən əziyyət çəkən hər kəsi müalicə üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR