Bud-çanaq oynağında, budda, qasıq nahiyəsində ağrılar varsa...

12:20 25-10-2022 | icon 1067 | Sağlamlıq
Bud-çanaq oynağında, budda, qasıq nahiyəsində ağrılar varsa...

Nərminə Abbasova: “Ağrılar zəif olanda həkimə müraciət edilsə, cərrahiyyəsiz müalicə mümkündür”

 

“Koksartroz dayaq-hərəkət aparatı xəstlikləri arasında ən çox yayılmış xəstəlikdir. Bu xəstəliyi bud-çanaq oynağının osteoartrozu da adlandırırlar. Koksartroz daha çox yaşlı insanlarda müşahidə olunsa da, son vaxtlar bu xəstəliyə cavanlarda da təsadüf edilir”.

 

Bu xəstəliklə bağlı Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi NƏRMİNƏ ABBASOVA ilə həmsöhbət olduq. Həkim-terapevt bildirdi ki, koksartrozun əsas əlamətləri bud-çanaq oynağında, budda, qasıq nahiyəsində ağrıların olması və oynağın hərəkətliliyinin pozulmasıdır.

 

Nərminə Abbasova qeyd etdi ki, bud-çanaq ağrısı sıx görülən bir problemdir və fərqli səbəblərə bağlı demək olar ki, hər yaşda rast gəlmək mümkündür:

 

“Xəstələr bud-çanaq oynağı ağrısını daha çox qasıqda, budun ön səthində, hətta dizə yayılan ağrı şəklində hiss edirlər. Bud-çanaq problemlərində yeridikdə, aşağı ətrafa yük verdikdə, istirahətdə ağrı ola bilər. Bu zaman bud-çanaq nahiyəsində şişkinlik, yerli temperatur artışı, oynaq hərəkət məhdudiyyəti yarana bilər”.

 

Həkim bildirdi ki, əzələlərin və sümüklərin arasında sürtünməni azaltmaq üçün yerləşən kiçik kisəciklərin iltihabı zamanı yaranan bursitlər bu bölgənin ağrılarının ən sıx səbəblərindəndir:

 

 

 

“Öyrəşmədiyimiz ağır fiziki işdən sonra əzələ ağrıları yarana bilər. Biz xəstələrə diqqətlə suallar verərək şikayətlərini öyrənməyə çalışırıq. Şikayətlər fiziki müayinə qədər əhəmiyyətli olduğu üçün xəstə ağrı ilə əlaqədar ətraflı informasiya verməlidir. Fiziki müayinədən sonra qan analizləri, rentgen və MRT olunmasını istəyirik. Müalicəsinə gəlincə, bud-çanaq nahiyəsi ağrıları səbəbindən asılı olaraq müxtəlif cür müalicə aparırıq”.

 

Terapevt deyir ki, ilkin ağrılara önəm vermədikdə, fəsadlar yavaş-yavaş yaranır və fiziki dəyişikliklərlə, dözülməz ağrılarla özünü göstərməyə başlayır:

 

 

“Vaxt keçdikcə ağrıyan ayaq qısalır, xəstə ayağın bud, baldır və sağrı əzələləri quruyur və həyat qabiliyyətini itirir. Qeyd edim ki, koksartroz xəstəliyi təzə başlayarkən ağrılar zəif olur. Adətən bu halda xəstələr həkimə müraciət etmirlər, gözləyirlər ki, ağrı öz-özünə keçəcək. Amma bu belə deyil. Ağrılar get-gedə güclənməyə başlayır. Müalicə olunmadıqda isə xəstəlik inkişaf edir və daha ağır pozulmalar baş verir. Əgər xəstə ağrılar zəif olarkən həkimə müraciət edərsə, koksartroz xəstəliyi cərrahiyyə əməliyyatı olmadan da müalicə oluna bilər. Çox təəssüf ki, xəstələr bu zaman ağrılara fikir vermirlər və daha ağır pozuntularla həkimə müraciət edirlər. Daha gecikmiş mərhələlərdə bu xəstəlik yalnız cərrahi üsul olan endoprotez əməliyyatı ilə müalicə olunur. Koksartrozun yaranma səbəbləri qan dövranının pozulması, oynağın həddən artıq yüklənməsi ola bilər”.

 

 

 

Həkim-terapevtin sözlərinə görə, bu xəstəlik artıq çəkisi olan insanlarda baş verə bilər. Digər səbəblər kimi mübadilə və hormonal pozulmaları, travmalar, oynaqların iltihabını, skolioz, kifoz və yastıpəncəlik patologiyalarını, anadangəlmə bud-çanaq çıxığı və anadangəlmə displaziyaları-oynağın inkişafının pozulmaları, oturaq həyat tərzini göstərmək olar:

 

“Müalicə xəstəliyin ağırlıq dərəcəsinə görə mərhələsindən asılıdır. Bu xəstəlik birinci və ikinci mərhələlərdə dərmanların köməyi ilə müalicə olunur. Xəstəliyin ən ağır dərəcəsi olan üçüncü və dördüncü mərhələlərdə isə cərrahi müalicə tətbiq edilir”.

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova Koksartroz xəstəliyindən əziyyət çəkən hər kəsi müalicə üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR