Sürücüləri sevindirəcək YENİLİK

12:49 25-10-2022 | icon 424 | Sosial
Sürücüləri sevindirəcək YENİLİK

Saray-Novxanı yolunda “VAZ-ın dairəsi” adlanan ərazinin ləğv edilməsindən sonra geriyə dönmək üçün sürücülərin üç kilometrlik məsafəni getməsinə ehtiyac qalmayıb.

 

Versus.Az xəbər verir ki, artıq avtomobillərin geriyə dönməsi üçün daha yaxın məsafədən şərait yaradılıb. Bildirilir ki, əvvəlkindən fərqli olaraq, geri dönmək üçün yer iki kilometr irəli çəkilib. Bununla da sürücülər əvvəlki kimi üç kilometr yox, bir kilometr yol qət etməlidirlər. 

 

Qeyd edək ki, geri dönmə hissəsi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrliyində, “VAZ dairəsi” kimi tanınan ərazidə yerləşən yol qovşağında hərəkətin təşkili ilə bağlı hazırlanmış layihənin davamı olaraq yaradılıb.

 

Buna qədər yolun geri dönmə hissəsi təxminən 3 km uzaqlıqda yaradılmışdı və bu, “Abşeron Gənclər Şəhərciyi”nin sakinlərinin, həmçinin Bakı Mühəndislik Universiteti tələbələrinin böyük narazılığına səbəb olmuşdu.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...