"Partiya sədrləri var ki, siyasətlə deyil, bizneslə məşğuldular"

10:00 26-10-2022 | icon 336 | Siyasət
"Partiya sədrləri var ki, siyasətlə deyil, bizneslə məşğuldular"

Fuad Əliyev: "Azərbaycan siyasəti bu partiyalardan təmizlənməlidir"

 

"Qanun sərt formada qəbul olunmalıdır. Azərbaycanda normal fəaliyyət göstərən təxminən 18-20 partiya var. Yerdə qalanların böyük əksəriyyəti isə “bir sədri, bir möhürü olan partiyalar”dır. Nə seçkilərdə iştirak edirlər, nə də ki, mətbuatda dünyada, cəmiyyətdə gedən proseslərə fikir bildirirlər".

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev parlamentdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin ictimai müzakirəsi zamanı deyib.

 

ALDP sədri diqqətçəkən fikirlər irəli sürüb:

 

"Füzuliyə gedəndə birinci dəfə idi ki, bu qədər partiya sədri gördüm. Soruşanda ki, partiya nə vaxt yaranıb, deyirdilər ki, 1993-95-ci illərdə. Demək olar ki, partiyalar 30 ilə yaxındır qeydiyyata alınıbmış, biz isə onları n varlığını səfərə gedəndə gördük".

 

Fuad Əliyev vurğulayıb ki, elə partiya sədrləri də var ki, siyasətlə deyil, bizneslə məşğul olurlar:

 

"Bir yoxlama gələndə də partiya sədri olduğunu bildirir ki, gələnlər fəaliyyətini yoxlamasınlar. Bəzi partiya sədrləri isə dələduzluqla məşğuldur, ondan-bundan pul götürüb guya hakimiyyətə gələcəyini vəd edirlər. Bax belə partiyalardan Azərbaycan siyasəti təmizlənməlidir. Partiyaların cəmiyyətdə nüfuzu bərpa olunmalıdır. Siyasi partiyalar güclü, potensiallı olmalıdır və onlar hakimiyyətə hazır olduqlarını cəmiyyətə sübut etməlidirlər. Cəmiyyət siyasi partiyalara inanmalı, rişxəndlə yanaşmamalıdır. Hesab edirəm ki, bəzi düzəlişlər olunsa, yeni qanun Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların inkişafını təmin edəcək. Bu qanun da buna xidmət edir".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür