İqtidar-müxalifət dialoqunun növbəti MƏRHƏLƏSİ

 

17:10 29-10-2022 | icon 463 | Siyasət
İqtidar-müxalifət dialoqunun növbəti MƏRHƏLƏSİ
 

Ağasif Şakiroğlu: “Siyasi partiya cəmiyyətin 10.000 nümayəndəsini öz ətrafında birləşdirə bilmirsə...”

 

“Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsində əksər siyasi partiyalar iştirak edirdi. Əminəm ki, çox səmərəli və işgüzar formatda keçən müzakirələr ölkəmizin siyasi partiyalar sisteminə böyük tövhə vermiş olacaq”.

 

Bunu Versus.az-a Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

 

Onun sözlərinə görə, ictimai müzakirələr həm də ölkəmizdə başladılmış iqtidar-müxalifət dialoqunun qanunverici hakimiyyətin nümayəndələri ilə növbəti bir mərhələsi idi:

 

“Bu həm də yeni yaranmış siyasi konfiqurasiyanın və sağlam münasibətlərin göstəricisidir. Heç şübhəsiz ki, buna görə Prezident Administratsiyasının Siyasi Partiya və Qanunvericilik hakimiyyətilə iş şöbəsinə və Milli Məclis rəhbərliyinə xüsusi təşəkkür düşür. Yeni qanun layihəsinin hazırlanmasına rəhbərlik etdiyim partiyanın da təklifləri olmuşdur. Bu təklifləri Milli Məclis rəhbərliyinə ünvanlamışdıq. Milli Məclisə Gələcək Azərbaycan Partiyası adından etdiyimiz təkliflərin demək olar ki, əksəriyyəti yeni qanun layihəsində öz əksini tapıb. Bir tək siyasi partiya sədrlərinə diplomatik pasport və toxunulmazlıq verilməsi məsələsindən başqa. Əminəm ki, irəliləyən zamanlarda bu məsələyə də hüquqi qiymət veriləcək”.

 

A.Şakiroğlu deyib ki, müzakirəyə çıxarılmış qanun layihəsini bir çox həmkarım narahatçılıqla qarşılayır:

 

“Xüsusi narahatlıq da yeni qanunda qoyulmuş 10.000 üzvülüklə bağlıdır. İqtidar olmağı, hakimiyyətə gəlməyi önünə məqsəd qoymuş hər hansısa siyasi partiya cəmiyyətin 10.000 nümayəndəsini öz ətrafında birləşdirə bilmirsə daha nə siyasi partiyadır?

Heç kimə sirr deyil ki, Prezidentliyə namizəd olmaq üçün 45.000 imza, 125 dairə üzrə deputatlığa namizədlər vermək üçün isə 56250 imza tələb olunur. Bu gün siyasi iddia ilə çıxış edib də, 10.000 insanı ətrafında birləşdirə bilməyən siyasi partiya sabah yuxarıda tələb olunan imzaları bəs necə toplayacaq?

Təbii ki, qoyulmuş suallar ritorikdir. Güclü Azərbaycana gedən yol həm də güclü siyasi sistem və güclü siyasi partiyalar tələb edir. Məhz güclü və qüdrətli Azərbaycan naminə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini müdafiə edirik. Hesab edirik ki, qanunlarımız möhkəm olsa hədəflərimizə daha tez çatmış olaraq”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...