“İran ermənidən betər özünü həlak edir”-MÜSAHİBƏ

14:43 29-10-2022 | icon 614 | Gündəm
“İran ermənidən betər özünü həlak edir”-MÜSAHİBƏ

 

 

Azərbaycanın işğalçı Ermənistan üzərində qələbəsini həzm edə bilməyən və var gücü ilə ikilistandartlı çıxışları ilə bu zəfəri kölgəyə salmağa çalışanlar bu gün də həmin mövqedə dayanmaqda davam edir. Azərbaycana qarşı ikilistandartlı çıxışlar regionda sülhün bərqərar olmasına deyil, daha çox maraqların təmin olunmasına yönəlib.

Ermənistanın və onun Qərb, Avropada olan eyni dindən olan havadarlarının Azərbaycana qarşı əks mövqeləri azmış kimi, bir yandan da bizimlə eyni dindən olan, ərazisində 35 milyondan çox türk yaşayan İranın da Azərbaycana əzələ nümayişi təəssüf doğurur.

İran nədən narahatdır, niyə işğalçı dövlət olan, Azərbaycanda soyqırımlar törədən Ermənistanın yanındadır?

Nədir onu dinsizin, işğalçının  yanında dayanmağa məcbur edən səbəb?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı maraqlı nüansla toxunub.

 

- Nemət bəy, bu gün İranın anti-Azərbaycan xarakterli çıxışları, hərbi təlimləri ölkəmizə qarşı yönələn hansı siyasətin davamıdır?

 

-İran sərhəddə əzələ nümayiş etdirir, el diində desək, Azərbaycana “Xox” gəlir.  Azərbaycan İrana bir müsəlman, bir qonşu ölkə kimi nə qədər insani münasibət göstərsə də, bu ölkə bir o qədər bizə düşmənçilik nümayiş etdirib. İran tarix boyu türkü özünün birnömrəli düşməni hesab edib.  İranda “türkün düşməni kimdirsə, İranın dostudur” prinsipi işləyir.

Biz də hər şeyin adını olduğu kimi çağırmağı bacarmalıyıq.  Düşmənin başını sığallamaqla, yaltaqlanmaqla, şair Aşıq Ələsgər demişkən;  quyruğun kəsməklə, qurd olmaz tula, zatından xaindir, tutacaq səni”...

İranın bu xəyanəti mənə təkcə bu gün bəlli deyil. Tarix elə gətirdi ki, 90-cı ildən sonra, 20 yanvar faciəsini BMT-yə çatdırmaq məqsədi ilə İrana, oradan isə Türkiyəyə keçməliydim. Mən qısa şəkildə, gənclərimizə deyim ki, inanclı insanam və iman əhli olaraq isalam dininin, dövlətinin əleyhinə ola bilmərəm. Məhz 20 yanvar hadisələrini dünyaya çatdırmaq üçün İrana çıxıdm. Mənim təfəkkürümdə güneyli, quzeyi ilə vahid Azərbaycan olub.  Vaxtilə də ən böyük arzum, istəyim də o olub ki, Allah Təbrizi görmədən məni öldürməsin. 90-cı ildə Təbrizə keçəndə Azərbaycanda hər tərəf qaraya bürünmüşdü, hər yerdə qara bayraqlar  var idi. Mən Təbrizdə də o qara bayraqları, hər yerin qan ağladığını gördüm. Elə elə bildim Təbriz Bakıya yas saxlayır. Amma Təbrizlə yaxından tanış olanda gördüm ki, Təbrizin dərdi Bakının dərdindən min dəfə böyükdür. Orda İran Ettalatının əlinə keçdim.  Mən orda molla rejiminin riyakarlığını, cinayətkarlığını, mənəviyyatsızlığını, əxlaqsızlığını görüb, “rusa erməniyə şükür” dedim. Ay yarım mənimlə danşıq apardılar. Mənimlə Tehrandan gələnlər danışırdı. Eyni məsələləri mən burda da görmüşdüm. 1988-ci il hadisələrinə görə həbs olunanda da bütün “cinayət işimizi” rus aparır, bizim özümüzünkülər isə, rusa müthi olaraq qulluq edirdi...

...Tədirzdə də hamısı azərbaycanlı olsa da, danışıqları Tehrandan gələn bir fars aparırdı. Məndən soruşdular ki, nəyə ehtiyacınız var. Təbii ki, deyirəm ki, bizim Qarabağı müdafiə etmək üçün silaha, hər bir dəstəyə ehtiyacımız var, siz nə edə bilərsiz? Bunun qarşılığında mənə təklif edirlər ki, televizora çıxıb deməliyəm ki, bizim apardığımız milli  azadlıq hərakatı deyil, Xomneyi hərəkatıdır, “biz allahu əkbər, Xomneyi rəhbər deyirik”, biz də istəyirik ki, Azərbayacanda İran İslam rejimini yaradaq. Təklif edirlər ki, əgər bunu deyirsənsə, biz də 10 minlərlə adamı təlimatlandırıb, silah-sursatla təmin edərlər, məşq keçib bizə köməyə göndərərlər. Amma dedilər ki, sənin danışdıqların milyonlarla kasetə yazılıb hər bir azərbaycanlının evinə gedəcək. Mənə milyardlarla pul təklif ediblər.  İranda televiziya açmağı təklif etdilər, bir şərtlə ki, mən Milli Azadlıq sözünü dilimə gətirmirəm, müstəqillikdən söhbət eləmirəm. Deyirəm ki, biz İslam dövləti qurmaq istəyirik. Əlbəttə ki, mən buna qəti etiraz etdim. Bunlar məni edam kürsüsünə atdılar və iddia etdilər ki, guya mən rus KQB-çiyəm, burda milləti qırğına vermişəm. 4 ay yarım edam altında yatmışam. Mənə imkan vermədilər Türkiyəyə keçəm. İran Molla rejimi bu gün də bu siyasətini davam edir. Və inanclı insanlar ehtiyatlı, diqqətli olmalıdırlar...

- Bu gün İranın təsiri altında olan, bu ölkənin müxtəlif mənbələrindən maliyyə alan iranmeylli "5-ci kolon"un olmasından danışa bilərikmi. Əgər varsa, onlar nəyi anlamalıdırlar?

-Bizim inanclı insanlar anlasınlar ki, dünyada ən böyük təhlükə qüvvə inancından tora düşənlərdir. Yəni muzdlu insanlar həyatı təhlükə altına düşəndən hər şeydən imtina edirlər. Ancaq inanclı insanlar, aldanmış insanlar ölümünə qədər gedirlər. İran mollaları belələrinin beyinlərini yumaqla, maliyyələşdirməklə Azərbaycan daxilində öz dayaq nöqtələrini formalaşdırır, təxribatlar üçün plasdarm hazəırlayırlar. Əlbəttə ki, bu şəbəkə ifşa olunmalıdır, onların fəalları Azərbaycan cəmiyyətinə təqdim edilməli və ən sərt şəkildə qınaq obyektinə çevrilməlidirlər.

İran, Azərbaycanda cahil,  xurafat təfəkkürü ilə yaşayan, elmi, dini bilgisi olmayan, ancaq inancı olan cahil kütləni özünə tərəf çəkdi. SSRİ dağılandan sonra çox təəssüf ki, Azrbaycan hökuməti cənubu unutdu, milli azadlıq qüvələrinin müstəqil Azərbaycanda yaşamaq haqqını tanımadı. Azərbaycanın dindar kəsimini verdi İranın Ettalatına. Ocaq Nicat 30 il ərzində evbəev  gəzib insanlarımızı elədi İranın agenturası. Çoxlarını İrana aparıb Qumda oxutdu. İndi din adından çıxış edənlərə baxın. Səviyyəsiz, şəxsiyyətsiz, mənəviyyatsız, başına əmmamə qoyub öz dövlətinə düşmən kəsilib.  Bir anlıq düşünün, ey inanclı insanlar, islamın prinsipıəri var. İslamda deyir ki, sən gedib bir yerdə namaz qılırsansa, yer sahibindən halallıq almırsansa, qəsb edilmiş torpaqda namaz qıla bilmərsən. 30 il müddətində  iki müsəlman savaşırsa, 3-cü müsəlman imanı olan şəxs təcavüzkarı neytrallaşdırmalıdır. Əgər bacarmırsa, təcavüzə məruz qalanın yanında dayanmalıdır. Azərbaycanın təriqəti islam, məzhəb baxımından şiyəyik. Və sən xiristian ölkə tərəfindən təcavüzə məruz qalmısan, amma İran sənə dəstək vermədi. Xocalı faciəsi Kərbala faciəsindən daha dəhşətlidir. Xocalı faciəsini, bəşəri cinayətini törədən xəstə  erməni düşməni İran 30 ildə dəstəkləyib silahı, sursatı, təlimatı, ərzaqı ilə onun yanında olub.  Artıq Azərbaycan öz torpaqlarını işğaldan azad edəndə İran ermənidən betər özünü həlak edir. Fransa ermənidən betər erməni olub, torpaqlarımızı işğaldan azad etdiyinə görə bizə meydan sulayır.  İran bəhanə edir ki, bura beynəlxalq sionizm, yəhudi gəir.  Soruşan lazımdır, yəhudi sənin torpağını işğal edib?! Yox! Amma sən mənim torpağımı işğal edən ermənini 30 il dəstəklləmisən.  Və ermənilərin viran qoyduğu Qarabağ torpaqlarını daşını, dirəyini söküb aparıbsız. Bunu həmin molla rejimi edib. Yəni bu qədər Allahsız, vicdansız rejim ola bilməz. Allahsız, ateist sovet rejimi insanları  dindən bu qədər çıxartmadı ki, İran insanları dinsiz elədi. Molla rejimi hakimiyyətiə gələndən sonra öz zülmü ilə  bütün İran əhalisini dinsiz, allahsız elədi.

Bu gün Allaha şükür, son dövrdə  yüzlərlə insanlar tanıyıram ki, həqiqətən də “ağa-ağa” deyib yapışmışdılar Xomneyinin ətəyindən başa düşdülər ki, iblisdir.  Yüzlərlə insan tanıyram ki, İranın maskaları açılandan sonra İrana xidmətdən imtina elədilər. İrana xidmət etməkdən imtina etməyənlər, muzdurlardır, agenturadır.

 

-Biz onları tanıyırıqmı və yaxud onlar necə ifşa olunmalıdır?

-Mən Nemət Pənahlı ola bilər ki, tanımayım. Amma dövlətin Milli Təhlükəsizlik Xidməti  mütləq tanımalıdır. Bunun başında duranlar bəllidir.

Əgər bir insan müştehidə təqlid etdiyini deyirsə, o deməkdir ki, o müştehid nə fətfa versə,  onu icra etməlidir. Allahşükür Paşazadə Ocaq Necatın arxasında namaz qılıb, ona təqlid edib. Torpaqlarımız işğaldan azad olunandan sonra dedi ki, Xomneyinin fətfası ilə azad olundu. Azərbaycan dövlət başçısının, Türkiyə dövlətinin Şuşada din xadimləlrinin iştiakı ilə təşkil elədiyi mərasimdə namaz qılanda Şeyximiz tək namaz qıldı, imama uymadı. İrana mesaj verdi ki, mən qabaqda duran imama təqlid eləmədim. Sənin Şeyxin Ocaq Necata təqlid edirsə, sən agenturanı harda axtarırsan...

 

-Necə hesab edirsiz, İranın Azərbaycana qarşı bu cür hədələrlə çıxış etməsi, “Ermənistanın ərazi bütövlüyü qırmızı xəttimizdir” deməsi, “Zəngəzur dəhlizinin açılmasına etirazı, yaxud, Türkiyə Prezidentinin Azərbaycana səfəri ərəfəsində İran rəsmisinin Ermənistana səfəri və oradan verdiyi mesajlar nəyə yönəlikdir. İranın bu davranışları onun nədən qorxduğunu, ehtiyatlandığını göstərir?

 

-Deyir, xain xoflu olar. İranın içərisindəki əhalinin 60 faizə yaxını türkdür. Bunun 35 milyondan yuxarısı azərbaycanlıdır. İran rejimi Allahın bir millətə verdiyi bütün haqlarını əlindən alıb. Bir milləti millət edən bir nömrəli faktor onun dilidirsə,  İran onun dilini də əlindən alıb. Molla rejimi hakimiyyətə gələnə qədər İran əhalisi qədər islama bağlı olan, dinə bağlı olan ikinci bir əhali olmayıb.  İran İslam rejimi Allahsızlıq,  dinsizlik, zülm üzərində qurulub. Zülm üzərində qurulan dinin sonu yoxdur. İslam adı altında fars şovenizmi var. Bilirlər ki, Şimalı Azərbaycan nə qədər gücləndisə, qüdrətləndisə  onun üçün təhlükədir və düşünür ki, Güney Azərbaycanı artıq saxlaya biməyəcək.  Güney Azərbaycanın haqlarına, hüquqlarına bu qədər təcavüz edə bilməyəcək. Ona görə düşünür ki, Azərbaycanı məhv etmldir ki, Cənubi Azərbaycanı saxlasın.  İndi də Azərbaycan Türkiyə qardaşlığı var və faktiki olaraq, bir millət,  bir dövlət, Turan siyasəti aparır. İran burda özünün ölümünü görür. Başa düşür ki, Azərbaycan güclənirsə, güney Azərbaycan mütləq öz azadlığına qovuşacaq. Öz haqlarına sahib çıxacaq. İranın qarnının ağrısı budur.

 

-Türkiyə prezidenti Rəcəb Tayyib Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etdi. Bu həmin ərəfədə baş verdi ki, İran Arazın üzərində hərbi təlimlər keçirir, Arazın üzərindən körpü salır, bizə “Azərbaycana hücum edə bilərik” hədələrini sızdırırdı. Türkiyə başqanının Azərbaycanda olması və çıxışları İrana hansı mesajı verdi?

-Bu, İranı vahiməyə saldı. “Azərbaycanla Türkiyə birliyinin qarşsında İranın at oynatmaq imkanı yoxdur”-dedi.  Ona görə də 30 ildə şiəlik faktorundan istifadə edərək, antitürk təbliğatı aparıb, fitnə-fəsad çıxarıblar. İran nə Amerikanı, nə Fransanı, nə bütbərəsti, yəhidini özünüə düşmən saymır ki, bunun mübahizəsi əhli sünətə qarşıdır. İslam aləmində isə onun əhli sünətə nifrətinin kökündə  türkə nifrət dayanıb. Türk dünyasının bir araya gəlməsi İranı vahiməyə salıb. Yaxşı, İran ordusu bu Arazı necə keçə bilər, bəyəm Azərbaycan ordusu yatıb.?!. İkincisi də bir insann Allah  cəzalandıranda birinci ağlını əlindən alır. İranın Allah ağılını əlindən alıb. İranın yaşamağının bir yolu var; bu da türklə, Azərbaycanla münasibətlərində ədalətli olmasıdır. İran bizə qardaşlıq mübadiləsi edərək yaşaya bilər,  əks halda tənəzzülə gedəcək. Axı sən fars olduğun kimi, mən də türkəm. Sənin fars kimi danışmaq haqqındır, mənim də türk kimi danışmaq haqqımdır.  Ərəb də ərəb, Kürdə də kürd kimi danışmalıdır. Necə olur, mən öz dilimndə danışmaq istəyəndə şovenist oluram, sən beynəlmiləlçi?!. İranın türkə xəyanəti bumeranq kimi onun başında çatlayacaq. Onun bu xisləti Azərbaycanı gerçək mənada ayıltdı.

 

-İranda baş verən hadisləri, kütləvi aksiyaları da bu ayılma prosesi ilə əlaqələndirmək olar?

-Bu İranda edilən zülmün nəticəsidir. Ölkələr  qılıncla fəth edilə bilər, ancaq ölkə qıncla zorla idarə edilə biməz. Bu İran İslam Rejiminin zalım mahiyyətinin nəticəsidir. İslamda zorakılıq yoxdur. Bu imandır. Yəni qəlbə zorla, qılıncla hökm etmək mümkün deyil.  Sən inancınla, əxlaqınla islamı mənə sevdirməliydin. Molla, sən əxlqınla, davranışınla, mənəviyyatsızlığınla zülmünlə insanları islamdan uzaqlaşdırdın. Kütləvi iğtişaşlar İranın sonunu yaxınlaşdırır.(Həftə içi)

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR