Oliqarxlara qarşı SANKSİYALAR

08:55 03-11-2022 | icon 470 | Dünya
Oliqarxlara qarşı SANKSİYALAR

Abramoviçin biznes tərəfdaşları da siyahıdadır

 

Britaniya dörd rusiyalı oliqarxa qarşı sanksiyalar tətbiq edib.

 

Bildirildiyinə görə, bu oliqarxlar Rusiya Prezidenti Vladimir Putinə ölkə sənayesini Ukraynadakı hərbi səylər üçün səfərbər etməyə imkan verib.  

 

Bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.

 

“Putin sənaye kompleksinə nəzarəti saxlamaq və Ukraynaya qanunsuz işğalını gücləndirmək üçün öz seçilmiş elitasına arxalanmağa davam edir. Bu gün biz öz hökmranlıqlarında Putinə arxalanan və öz növbəsində də onun “döyüş maşını”nı maliyyələşdirən daha dörd oliqarxa qarşı sanksiyalar tətbiq edirik”, - deyə Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bildirib.

 

Onun sözlərinə görə, London bu şəxslərə qarşı sanksiyalar tətbiq etməklə Putinə qarşı iqtisadi təzyiqləri artırır və Ukrayna qalib gələnə qədər bunu davam etdirəcək.

 

Sanksiyalar siyahısına daxil edilənlər arasında Aleksandr Abramov və Aleksandr Frolov da var. Onlar Roman Abramoviçin biznes tərəfdaşlarıdır. Həmçinin əvvəllər Rusiyanın polad istehsalçısı “Evraz plc”də böyük paylara sahib idilər. Onların Britaniyada təxminən 100 milyon funt-sterlinq dəyərində investisiyaları var.

 

Eyni zamanda rusiyalı iş adamları Ayrat Şaymiyev və Albert Şiqabutdinova qarşı da sanksiyalar tətbiq edilib ki, onların da ümumi kapitalı müvafiq olaraq 902 milyon funt-sterlinq və 977 milyon funt-sterlinq təşkil edir.

 

Onların Britaniyaya girişi qadağan edilib, aktivləri isə dondurulacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Məktəblərarası biologiya yarışması keçirilib

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

İqtisadi tarazlıq nə zaman pozulur?

Hüquqi şəxslərə dair yeni tələb müəyyənləşir

Ögey anadan ŞOK ƏMƏL

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI