Ermənistan bütün cəhdlə sülh müqaviləsi imzalamaqdan yayınır. Rusiya, Azərbaycan və Ermənistan rəsmilərinin Soçi görüşü ərəfəsində Qarabağda yığışan bir qrup erməni separatçılar Azərbayacanın tərkib hissəsi olmaq istəmədiklərini dünyaya çatdırmaq iddiası ilə aksiyalar keçirirlər. Putinin “Valday” Diskussiya Klubundakı çıxışından ruhlanan ermənilər Qarabağda özmüqədəratarını təyin etmə tələbi ilə mitinq keçirir, yenə Qarabağda, Azərbaycan ərazilərində müstəqillikdən danışırlar.

 

Belə bir ərəfədə Soçi görüşü nə vəd edə bilər, yaxud Qarabağda aktivləşən “rus icması” nəyə hesablanıb?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Milli Məclisin deputatı Hikmət Babaoğlu erməniləri xəbərdar edən müəyyən nüanslara diqqət çəkib.

 

 

-Hikmət müəlllim, ermənilərin üçtərəfli Soçi görüşü ərəfəsində Xankəndində  keçirdiyi mitinqlər nəyə hesablanır?

-Soçidə keçirilən üçtərəfli görüş ərəfəsində Xankəndində Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan mitinqin keçirilməsi və ökəmizin əraz bütövlüyünün, suverenliyinin əleyhinə fikirlərin səslənməsi ermənilər tərəfindən təşkil olunan kütləvi təxribat hadisəsidir. Belə təxribatlar təkcə ermənilər tərəfindən deyil, Rusiyadakı bəzi hərbi, siyasi elitanın dəstəyi ilə baş verir. Bu, eyni zamanda Ermənistandakı radikalların, revanşistlərin və hakimiyyətə bağlı bəzi qruplaşmalarının dəstək verdiyi bir tədbir kimi də görünür.

Xankndində keçirilən mitinq əvvəlcədən planlaşdırılmış, Azərbaycanın müstəqiliyinin əleyhinə olan bir aksiyadır. Əslində bu, həm də üçtərəfli bəyanata əsasən Ermənistanın üzərinə götürdüyü öhtəliklərin etibarsızlaşdırılmasıdır. Çünki 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda hər hansı bir statusdan yox, Azərbaycanın bütün ərazisində suveren hüquqlarınn bərpasından söz gedir. Ona görə də Xankəndindəki aksiyalar, həm də revanşizm cəhdləri kimi qiymətləndirilməlidir. Əgər Qarabağda yaşayan ermənilər bu cür sərsəm iddialarla kütləvi mitinqlər keçirib Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini şübhə altına alan şüarlar səsləndirəcəklərsə, Azərbaycan öz Konstitusiya hüququ çərçivəsində belə mitinqləri dağıtmağa və bu cür qanunsuz aksiyalarla bağlı tədbirlər görməyə hazırdır. Azərbaycan öz suverenliyi, müstəqilliyi əleyhinə fikirlər səsləndirənləri,  kim olursa-olsun,  qanun çərçivəsində məsuliyyətə cəlb etməyə hazırdır. Buna görə də Qarabağda yaşayan ermənilər bu cür sərsəm iddialarına son qoymalıdırlar. O ki qaldı belə aksiyaların Soçidə keçirilən üçtərəfli görüşə hər hansı təsir göstərməsinə, şübhəsiz ki, heç bir təsiri olmayacaq. Bunu Azərbaycana diplomatik təzyiq vasitəsi kimi göstərməyi hədəfləyənlər bilsinlər ki, onların bu niyyətləri baş tutan deyil. Tam əksinə, bu cür mövqe Qarabağda Azərbaycan qanunlarına qarşı çıxan ermənilərin bundan sonra da Azərbaycan ərazilərində mövcud olması məsələsini gündəmə gətirə bilər. Azərbaycan bundan da imtina edə bilər...

- “Rus İcması” oyunu və ermənilərin rus sülhməramlılardan rus icmasını qorumaq üçün qalmalarını istəmələri hansı siyasətdir, nəyə hesablanıb?

-Qarabağda heç bir “rus icması” yoxdur. Qarabağda “rus icması” adı altında bu mitinqlərə qatılanlar, ordakı sülhməramlılar, yaxud kənardan gətirilmiş öyrədilmiş şəxslər ola bilər. Ona görə də əgər Qarabağda qalan ermənilər hesab edirlərsə ki, bu cür fəaliyyətlərinə görə Rusiyadan dəstək alacaqlar, yanılırlar. Çünki Rusiya Federasiyası ilə Azərbaycan arasında 2022-ci il, fevral ayının 22-də müttəfiqlik haqqında birgə fəaliyyətlə bağlı müqavilə imzalanıb və bu müqavilənin bəndlərindən biri də bir-birinin daxili işlərinə qarışmamaqla bağlıdır. Azərbaycan bu cür radikal, qanunları pozan vətəndaşlarına qarşı öz hüququnu tətbiq edəndə heç kəs Azərbayacanın daxili işinə müdaxilə edə bilməyəcək. Ona görə də yaxşı olardı ki, bu cür təxribatlara yol verməkdənsə, Qarabağda yaşayan ermənilər və ora başqa yerlərdən gələn qruplar hamısı Azərbaycana mümkün inteqrasiya barəsində düşünsülər. Əks təqdirdə Azərbaycanın qəti mövqeyi var və ölkə Prezidenti də deyib: Azərbaycan qanunlarına tabe olmayanlar getsinlər özlərinə başqa yerdə yaşayış məskəni axtarsınlar.

 

-Hikmət müəllim, Xankəndidəki qondarma rejim saxta referenduma hazırlaşaraq “konstitutsiyaya düzəliş” etməyi və ikili vətəndaşlığa icazəni təklif edir. Üstəlik “rus icması”, rus məktəblərinə ədəbiyyatların verilməsi və Qarabağda provaslav kilsəsinin tikilməsi, onun rolundan danışırlar. Yenə Azərbaycan daxilində özlərinə dövlət qurmaq istəyir və rusların müdafiəsi üçün sülhməramlılardan dəstək istəyirlər. Hətta ermənilər Qarabağda öz “nazirliklərini” də yaradıblar. Bu vəziyyət Azərbaycandan hansı addımın atılmasını tələb edir?

-Azərbaycanın torpaqlarının 20 faizinin işğal altında olduğu bir dövrdə Azərbaycan heç nəyi güzəştə getmədisə, bu gün ağılsızcasına Azərbaycanı hansısa güzəştə məcbur etmək məqsədləri sərsəmlikdir. Azərbaycan əsala buna gedə bilməz və getməyəcəkdir. Çünki Azərbaycan qalib ölkədir.

Ermənilər isə bu gün özlərinə sahib axtarirlar. Onlar sahibsiz yaşaya bilmirlər. Artıq bir şeyi unutmamalıdırlar ki, əgər Azərbaycan qanunlarına tabe olacaqlarsa, onlara ən yaxşı sahibliyi Azərbaycan edəcəkdir. Ona görə də başqa yerdə özlərinə sahib axatarmaq baş tutan deyil. Çıxış yolu Xankəndiyə nəzarəti tamamilə əlimizə almaqdır. Əgər bu cür kütləvi tədbrlər təşkil olunacaqsa və orda Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyini şübhə altına alan çağırışlar səsləndiriləcəksə, ərazilərimizə üçüncü ölkə dəvət olunacaqsa, Azərbaycan Fərruxda keçirdiyi əməliyyatları Xankəndində də keçirəcək və onun suverenliyini şübhə altına alan varsa hamısını həbs edib cəzalandıracaqdır. "hafta.az)

 

Tahirə Qafarlı

Versus.az