Epilepsiya xəstələrinin və yaxınlarının bilməli olduğu VACİB MƏQAMLAR

13:12 04-11-2022 | icon 573 | Sağlamlıq
Epilepsiya xəstələrinin və yaxınlarının bilməli olduğu VACİB MƏQAMLAR

 

Nərminə Abbasova: “Epilepsiyanın diaqnozu tutmaların dəqiq təsviri müəyyən edilməklə qoyulur

 

Epilepsiya xəstəliyi beyindəki neyronların anidən və nəzarətsiz şəkildə boşalmasına deyilir. Bunun nəticəsində xəstədə qeyri-iradi qıcolmalar, duyğu dəyişiklikləri və şüurda dəyişikliklərə rast gəlinir. Bu xəstəlik tutmalar şəklində baş verir. Bu tip tutmalar arasındakı müddətdə isə xəstə sağlam bir insandır. Nəzərə almaq lazımdır ki, şəxsin həyatında yalnızca bir dəfə tutma keçirməsi onun epilepsiya xəstəsi olduğu anlamına gəlmir.

 

Mövzumuzla bağlı Versus.Az-a danışan ailə həkimimiz, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi NƏRMİNƏ ABBASOVA epilepsiya xəstəliyinin nədən yaranmasından danışacaq.

 

Nərminə xanım bildirdi ki, xəstəlik zamanı onun yaranma səbəbi dəqiq müəyyənləşdirilə bilinmir. Onun sözlərinə görə, doğuş travmaları, keçirilən qəzalar və bədbəxt hadisələrə bağlı kəllə-beyin travmaları, çətin doğum, daha yuxarı yaşlarda beyin damarlarında rast gəlinən anomaliyalar, şişlər, beyin iltihabları və alkoqol təsdiq olunmuş səbəblər arasında yer almaqdadır:

 

“Bu xəstəlik uşaqlıqdan etibarən istənilən yaşda meydana gələ bilər. Epilepsiyanın bir çox tutma tipi var. Qısa göz dalmaları absans tutmalar adlandırılır. Və ya vücudun hər hansı bir hissəsində qıcolma formasında tutmalar olursa, bunlara fokal tutmalar deyilir. Tutma keçirərkən bütün bədən boyu spazmlar meydana gəlirsə, xəstə sidiyini qaçırırsa və ağız köpüklənirsə, bu yayğın tutmalar adlandırılır. Yayğın tutmalar zamanı beynin böyük bir hissəsindəki neyronlarda boşalma baş verir. Fokal tutmalar zamanı şüur açıq və ya qapalı ola bilər. Tonik tutmalar tipində vücudun təsirlənmiş nahiyələrində tez-tez, qüvvətli və şiddətli qıcolmalar baş verir. Klonik tutmalar vaxtı isə təsirə məruz qalan əzələlər davamlı olaraq yığılır və boşalır. Absans tipli tutmalar zamanı şəxs hissizləşir, baxışları heç bir məna ifadə etmir, bir nöqtəyə baxaraq ilişib qalırlar və qısamüddətli yaddaş itkisi keçirirlər. Bu tip tutmalar uşaqlarda daha çox görünür. Dodaq şappırdatma, çeynəmə, əmmə, əlləri bir-birinə sürtmə, gözlərdə titrəmə müşahidə oluna bilər. Bunlarla yanaşı digər növ epilepsiya tutmaları da mövcuddur”.

 

Həkim-terapevt bildirdi ki, epilepsiyanın diaqnozunu qoymaq üçün tutmaların dəqiq təsviri müəyyən edilməlidir. Nərminə xanım vurğuladı ki, bu səbəbdən xəstə müayinəsi zamanı tutmaları müşahidə edən şəxslərin verdiyi məlumatlar da önəmlidir:

 

 

“Xəstəlik nevroloq həkimlər tərəfindən təyin edilir və nəzarətə alınır. Diaqnozu təsdiqləmək üçün EEQ, MRT, Kompyuter tomoqrafiyası kimi əlavə diaqnostik üsullardan da istifadə oluna bilər. Buzum klinikada bu sahə üzrə mütəxəsislərimiz çalışır”.

 

Epilepsiyanın müalicəsinə gəlincə, həkim bildirdi ki, bu dərmanlarla müalicə olunur. Onun sözlərinə görə, dərman müalicəsi tutmaları 70% nisbətdə azalda bilir:

 

“Müalicə müddəti ərzində dərmanların mütəmadi qəbulu böyük rol oynayır. Bununla belə dərman müalicəsinə tabe olmayan xəstə qrupları da var. Təcrübədə görülür ki, uşaqlıq epilepsiyaları yaşla birlikdə öz-özünə də keçə bilir. Lakin ömür boyu davam edən formalar da var. Dərman müalicəsinə cavab verməyən xəstələrdə cərrahi müalicə forması tətbiq oluna bilər”.

 

Həkim deyir ki, epileptik tutma zamanı tutma keçirən xəstənin hərəkətlərinə mane olmamaq, tutmanın başlanma və bitmə saatını qeyd etmək lazımdır:

 

 

“Eyni zamanda, xəstənin çənəsi yığılıbsa, bunu əllə, qaşıqla ya digər əşyalarla açmaq olmaz. Tutma keçirən xəstənin dilini udma ehtimalı yoxdur. Dilini tutmağa çalışaraq sadəcə xəstənin yaralanmasına səbəb olacaqsınız. Xəstəni yavaşca yan yatıraraq, tənəffüs yollarını açıq tutmaq lazımdır. Xəstəni əlavə yaralanmadan qorumaq üçün kəsici, deşici, iti alətləri kənarlaşdırmaq, paltarlarının yaxasını açmaq və xəstəni yumşaq, düz bir yerdə yatırmaq olar. Xəstəylə əlaqə qurmağa çalışaraq, şüurun yerində olub-olmadığını öyrənməyə çalışmaq, tutma bitənə kimi xəstənin yanından ayrılmamaq vacibdir”.

 

Nərminə xanım qeyd etdi ki, əgər tutma 5 dəqiqədən uzun çəkərsə və ardınca növbəti tutma baş verərsə, eyni zamanda tutma bitdikdən sonra 5 dəqiqə ərzində şüur yerinə gəlməzsə, yaxud tutma suda baş verərsə, pasient yaralanarsa, pasient hamilə və ya şəkərli diabet xəstəsi olarsa, o zaman mütləq təcili yardım çağırmaq lazımdır:

 

“Epilepsiyalı xəstələrin diqqətinə çatdırmaq istərdim ki, dərmanlarınızı vaxtı-vaxtında qəbul edin, üzərinizdə epilepsiya xəstəsi olduğunuza dair bir kağız və ya kart saxlayın, ağaca, eyvana çıxmaq, hündürə qalxmaq kimi hərəkətlərdən uzaq olun, tək üzməyin, duş qəbul edərkən qapını kilidləməyin, telezivor kimi davamlı olaraq parlayıb sönən işıq qarşısında çox vaxt keçirməyin. İdmanla məşğul ola bilərsiniz, amma susuz qalmamağa diqqət edin. Hədsiz yorğunluq və yuxusuzluqdan qaçının. Başınızdan zədə almamağa diqqət edin”.

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova Epilepsiya xəstəliyindən əziyyət çəkən hər kəsi müalicə üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122