Yararsız qayıqların fəaliyyətinə QADAĞA

13:18 04-11-2022 | icon 591 | Hadisə
Yararsız qayıqların fəaliyyətinə QADAĞA

Bəzi yararsız qayıqların fəaliyyətinə qadağa qoyulub.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, dövlət xidməti Kür çayının Mingəçevir şəhərindəki sahillərində, Mingəçevir, Yenikənd və Şəmkir su anbarlarında kiçikhəcmli gəmilərə texniki baxış keçirib. Baxış zamanı gəmilərin texniki sənədləri, onların yük və sərnişingötürmə qabiliyyəti üzrə texniki tələb və normaları, mühərriklərin gücü və sayı, üzmə rayonu, suüstü bortun minimal hündürlüyü, gəminin üzə biləcəyi dalğa hündürlüyü, xilasetmə və yanğın əleyhinə vasitələr, naviqasiya və digər avadanlıqlarla təchizatı yoxlanılıb.

 

Vurğulanıb ki, texniki baxışın keçirilməsi üçün ərazi üzrə ümumilikdə 84 asma mühərrikli qayığın sahibindən müraciət daxil olub. Texniki baxış nəticəsində norma və tələblərə cavab verən 66 nəqliyyat vasitəsinin (qayığın) sahibinə üzməyə icazə verən texniki talon təqdim olunub, tələblərə cavab verməyən qayıqların istismarına qadağa qoyularaq yararsızlığı barədə akt tərtib edilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...