Azadlığın ikinci ili

08:05 08-11-2022 | icon 416 | Qarabağ
Azadlığın ikinci ili

Bu gün Şuşa şəhərinin Ermənistanın işğalından azad edilməsindən iki il keçir.

 

Xatırladaq ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2020-ci ilin noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciət edib.

 

Prezident müraciətində Şuşa şəhərinin azad olunduğunu elan edib.  

 

Şuşa şəhərinin azad edilməsi əməliyyatı Azərbaycanın ordu birliklərinin koordinasiyalı işi sayəsində peşəkar şəkildə həyata keçirilib.

 

Ordu bölmələrinin bir hissəsi Daşaltı istiqamətində cəmləşdiyi zamanda Azərbaycan xüsusi təyinatlı qüvvələri çətin yollardan keçərək, qayaları dırmaşaraq Şuşa şəhərinə daxil olublar. Şuşadakı döyüşlərdə erməni hərbçiləri məhv ediliblər və şəhərə Azərbaycan bayrağı sancılıb.

 

Şuşanın azad olunması əməliyyatı hərbi institutların araşdırdığı mövzulardandır.

 

Xatırladaq ki, Şuşa 1992-ci ilin mayın 8-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdu.

 

Bu gün isə Şuşa yerli və beynəlxalq səviyyəli müxtəlif tədbirlərə ev sahibliyi edir.

 

Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ilin 15 iyununda iki ölkə arasındakı strateji müttəfiqlik əlaqələrini özündə ehtiva edən sənədi Şuşada imzalayıblar. Bu, dünyaya mühüm mesaj idi.  

 

Bildirək ki, həmin sənəd Şuşa Bəyannaməsi adlanır.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq