Türk qazilər Şuşanı ziyarət ediblər

11:03 10-11-2022 | icon 377 | Qarabağ
Türk qazilər Şuşanı ziyarət ediblər

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Türkiyənin hərbyönümlü qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşada olublar.

 

Versus.Az xəbər verir ki, bu barədə Dövlət Xidmətindən məlumat verilib.

 
 

Bildirilib ki, Türkiyə Ehtiyatda olan Zabitlər Birliyi, Türkiyə Ehtiyatda olan Gizirlər Birliyi, Türkiyə Müharibə Veteranları Birliyi, Türkiyə Müharibə Əlilləri, Şəhid, Dul və Yetimləri Birliyini təmsil edən qazilər səfər çərçivəsində ilk olaraq Cıdır düzünə baş çəkiblər.

 

Dövlət Xidmətinin idarə rəisi polkovnik Şaiq Məmmədov Şuşa uğrunda gedən döyüşlər barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgər və zabitləri Vətən müharibəsinin unikal əməliyyatlarından olan Şuşanın azad edilməsini yüksək peşəkarlıqla həyata keçiriblər.

 

O vurğulayıb ki, ərazi çətin relyefə malik olduğundan yüngül silahlarla silahlanmış xüsusi təyinatlı bölmələrimiz qalın meşələri, dağları, dərələri keçərək düşmənə gözlənilməz zərbə vurub düşməni üzbəüz döyüşdə məhv ediblər.

 

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Şuşanın azad edilməsinin müharibənin taleyini həll etdiyini, bundan sonra düşmənin kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldığını diqqətə çatdırıb.

 

Türkiyə Ehtiyatda olan Zabitlər Birliyinin sədri, ehtiyatda olan general-polkovnik Ərdoğan Karakuş Türkiyə cəmiyyətinin Azərbaycanın qələbəsini səbirsizliklə gözlədiyini, hər gün cəbhədən xəbərləri həyəcanla dinlədiyini vurğulayıb. İki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib, Türkiyədə Azərbaycan Silahlı Qüvvələri üçün hərbi pilotların hazırlanması ilə bağlı xatirələrini danışıb.

 

Türkiyə qaziləri daha sonra Şuşanın tarixi yerlərinə ziyarəti davam etdiriblər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq