Rusiya əleyhinə qətnamə

11:25 15-11-2022 | icon 262 | Dünya
Rusiya əleyhinə qətnamə

Türkiyə dəstəklədi, Azərbaycan səs vermədi

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının ötən gün baş tutan sessiyasında Rusiyanın Ukraynaya müharibə təzminatı ödəməsini tələb edən qətnamə qəbul edilib. Qətnamə Rusiyanın Ukraynaya qarşı “səhv hərəkətləri” nəticəsində dəyən “zərərin, itkilərin və ya zədələrin ödənilməsi üçün beynəlxalq mexanizm”in yaradılmasının zəruriliyini özündə əks etdirib. 

 

Versus.az xəbər verir ki, qətnamə 14-ü əleyhinə olmaqla 93 səslə qəbul olunub, 73 ölkə isə bitərəf qalıb. 

 

Qətnamədə, həmçinin Rusiya Federasiyasına Ukraynada hərbi əməliyyatları dayandırmaq və qoşunlarını bu ölkədən çıxarmaq üçün növbəti çağırış yer alıb.  

 

Sözügedən sənədin əleyhinə Rusiya, Belarus, Zimbabve, İran, Çin, Şimali Koreya, Kuba, Mali, Nikaraqua, Suriya, Baham adaları Birliyi, Mərkəzi Afrika Respublikası, Eritreya və Efiopiya səs verib. 

 

Postsovet məkanı ölkələrindən Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan səsvermədə bitərəf qalıb. Qətnaməni Gürcüstan, Latviya, Litva, Moldova, Ukrayna və Estoniya dəstəkləyib. 

 

Azərbaycan və Türkmənistan isə səsvermədə iştirak etməyib. 

 

Digər dövlətlərə gəlincə, Macarıstan və Türkiyə də Rusiya əleyhinə qətnaməni dəstəkləyiblər. İndoneziya, Səudiyyə Ərəbistanı və Serbiya isə bitərəf qalıb. 

 

Qeyd edək ki, hazırda BMT-yə üzv olan ölkələrin sayı 193-dür. 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Məktəblərarası biologiya yarışması keçirilib

İqtisadi tarazlıq nə zaman pozulur?

Hüquqi şəxslərə dair yeni tələb müəyyənləşir

Ögey anadan ŞOK ƏMƏL

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI