İstanbuldakı terrorun sifarişçisi tutuldu

16:28 15-11-2022 | icon 266 | Dünya
İstanbuldakı terrorun sifarişçisi tutuldu

Türkiyənin İstanbul şəhərində altı nəfərin ölümünə, onlarla insanın yaralanmasına səbəb olan bombanı atan suriyalı Ahlam Albaşirin istintaq prosesi davam edir.

 

Hadisə ilə əlaqədar daha iki nəfər nəzarətə alınıb. Bununla da saxlanılanların sayı 50-yə çatıb.

 

Polis A.Albaşirə bomba yüklü çantanı verən B.ni Ədirnəyə aparanların izinə düşüb. Məlum olub ki, həmin şəxs Ammar Jarkasdır. Şübhəlilərin sorğu-sualı davam etdirilir.

 

Qeyd edilir ki, Ahlam Albaşir və B.ni hadisə yerinə Yasir adlı şəxs aparıb. Abaşir Beyoğlu rayonunda çantanı B.-dən alıb və İstiqlal prospektinə gedib. B. adlı terrorçu isə eyni avtomobillə geri qayıdıb.

 

Ahlam Albaşir hadisəni törədən sonra B.-yə zəng eləyib, amma ikinci ona deyib ki, başının çarəsinə baxsın. Bundan sonra Albaşir taksi ilə Esenlerdəki ünvana qayıdıb. B. isə Ammar Jarkasın köməyi ilə Ədirnəyə qaçıb. Sonra Jarkas İstanbula qayıdıb və orada tutulub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM