Sülh yoxdursa, silahlar danışacaq"-açıqlama

17:35 16-11-2022 | icon 516 | Qarabağ
Sülh yoxdursa, silahlar danışacaq"-açıqlama

 

 

"Erməni hərbiçilərinin sərhəddə atəşkəsi pozması, "Sülh yoxdursa, silahlar danışacaq" prinsipinin nəticəsidir.

 

 

Versus.az xəbər verir ki,  bunu hərbi ekspert Elxan Şıxəliyev ermənilərin Xocavənd istiqamətində sərhəd postlarımızı atəşə tutması ilə bağlı açıqlamasında bildirib.

 

Ekspert qeyd edib ki, biz Soçi, Brüssel görüşündən sonrakı mərhələdə gördük ki,  Ermənistan Azərbaycanla sülh sazişinin imzalanması yönündə meyilli görünmədi. Bunun fonunda da atəşkəsin artan istiqamətdə getdiyini müşahidə edirik.

 

E.Şıxəliyev bildirib ki, biz erməni hərbi cinayətkarların atəşkəsi pozarkən hansı cavabı alacaqlarını nümunələrlə onlara göstərmişik.

 

“Biz bu nümunəni Qarabağda sülhməramlıların nəzarətində olan bölgədə, xüsusən də Fərrux əməliyyatında göstərdik. Və bununla da bizim silahlı qüvvələr ermənilərə  bəyan etdi ki,  sülhməramlılara arxalansalar da, bu cür hərbi təxribatlara getməməlidirlər. Yəni biz sülhməramlıların nəzarətində olan ərazilərdə də ermənilərin hərbi təxribatına qarşı əks əməliyyatlar keçirməyin nümunələrini göstərmişik. Eyni zamanda ermənilər üçün 12-14 sentyabrda sərhəddə törətdikləri təxribatların nə ilə nəticələnməsinin nümunələri var. Və indiki zamanda ermənilərin törətdiyi hərbi təxribatların qarşılığında hansı cavabların olacağı bu nümunələrdən biri ilə nəticələnə bilər”.

 

E.Şıxəliyev qeyd edib ki, bu gün erməni hərbiçilərinin sərhəddə Atəşkəsi pozması Ermənistanın ölkəsinə gətirdiyi Avropa İttifaqının texniki missiyası və ATƏT-in müşahidəçi qrupunun 400-nəfər heyyətinin hazırlayacağı hesabatlar üçün ssenariləşdirilir.  

 

“Ermənilər Sərhəddə elə bir vəziyyət yaratmaq istəyirlər ki, guya bütün təxribatları Azərbaycan törədir və sonra da bundan Azərbaycan əleyhinə  hesabatlar hazırlansın. Digər tərəfdən erməni baş nazir Paşinyan özünün çıxışında Azərbaycanı öhtəlikləri yerinə yetirməməkdə qınamaq istəyib. Bu qədər cinayətlər törədən Ermənistanın bu gün Azərbaycanı günahkar çıxarmaq cəhdləri həyasızlığın son həddidir. Bütün hallarda ermənilər Atəşkəsi pozursa, Azərbaycan tərəfi cavabını vermək məcburiyyətində qalır. Ermənilər də öz etdiklərini yox, Azərbaycanın verdiyi cavabı beynəlxalq missiyalar göstərməklə nəticədə ölkəmizə qarşı sanksiyaların tətbiqinə nail olmağa çalışırlar. Erməni revanşistlərin uzağa gedən niyyətləri odur”.

 

Hərbi ekspert hesab edir ki, indi Ermənistanı Avropada Fransa, Cənubda İran cəsarətləndirir.  İranın “Ermənistanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir” kimi bəyanatlar verməyi erməni siyasi hərbi rəhbərliyini Azərbaycan postlarına, əsgərinə atəş açmağa cəsarətləndirib.

 

E.Şıxəliyev bildirib ki, ermənilərin hərbi təxribatları  Antiterror əməliyyatlarının keçirilməsini istisna etmir. O, hesab edir ki, zamanlama və yer baxımından antiterror əməliyyatlarına iki istiqamətdə baxmalıyıq.

 

“Birincisi, əgər  Ermənistan deyirsə ki, Qarabağ ərazisində Ermənistan hərbçiləri yoxdur və Qarabağın ayrıca statusu yoxdursa burda əli silahlı olan hər bir şəxs bizim üçün terrorçudur. Çünki ordular ancaq hüquqi mövcudluğu olan dövlətlərə məxsus olur. Yəni Qarabağda Rusiya sülhməramlıların dəstəyi, nəzarəti altında yenidən silahlanaraq yenidən hərbi birləşmə şəklinə gətirillən bütün əli silahlılar bizim üçün terorçudur. İkincisi, əgər ermənilər sərhəddə atəşkəsi pozacaqlarsa cavablarını alacaqlar. Amma biz 2025-ci ilə qədər Rusiya sülhməramlılarının bölgədə qalması üçün bu vaxtı tanımışıqsa müddətin sonuna qədər Rusiya sülhməramlıları erməni qeyri-qanuni silahlılarını özləri silahsızlaşdmalı, mülkiləşdirməli, yaxud çıxarılmasını həyata keçirməlidirlər. Əgər bunu etməyəcəklərsə, biz sülhməramlı missiyasının zamanı bitəndə avtomatik Antiterror əməliyyatlarının böyük ərazidə həyata keçirdə biləcəyik. Amma lokal atəşkəsin pozulması hallarının qarşısını alacağıq”.

 

E.Şıxəliyev bildirib ki, indiki mərhələdə Ermənistanın sülhə getmə yönündən çox, sülh sazişinin pozulmasına, vəziyyətin gərginləşdirilməsi halları müşahidə olunur.

 

“Çünki Ertmənistan üçtərəfli sazişə əsasən götürdüyü öhtəliklərin arxasından qaçır. Bu da o deməkdir ki, Azərbaycan da götürdüyü öhtəliklərin arxasından çəkilə bilər. Belə olan halda eskolasiya və gərginlik yaranır. Ermənilər bilməlidir ki, Ermənistanla təmas vəziyyətində bizim üçün heç bir təhlükə qorxusu yoxdur və sərhəddə bölmələrimizə qarşı ermənilərin təhlükə yaratması mümkün deyil. Orda əməliyyat şəraiti elədir ki, biz strateji zirvələrdə Ermənistanın ərazilərinin dərinliyini müşahidə altında saxlaya bilirirk. Əsas məsələ Qabağda olan qeyri-qanuni silahlı birləşmlər və bu gün ermənilərin Azərbaycanın yuridiksiyasına keçməsi yönündə verəcəyi mesajdır. Amma ermənilər bunu etmir. Sanki 44 günük müharibədə fərari olan bunlar deyilmiş, 2020-ci ilin 7-8 noyabrında bizim əsgər Laçın karidorunu bağlayanda indiki qeyri-qanuni birləşmələrin 10-15 min nəfəri mühasirəyə düşüb ya əsir götürüləcəkdi, ya da məhv olacaqdılar. Biz həmin vaxt bunları bağışladığımız halda, indi bizimə revanş dili ilə danışmağa çalışırlar. Hansı güclə, hansı ordu ilə. Burdan belə görünür ki, Azərbaycanı müharibəyə təhrik etmək istəyirlər. Əlbəttə ki, ermənilərin bu coğrafiyada sülhə gəlməsi onlar üçün daha əlverişlidir. Əgər hərb dili ilə danışsalar savablarını alacaqlar. Ona görə də  Ermənistan tez bir vaxtda delimitasiya, demorkasiya prosesini həyata keçirməli, Zəngəzur karidorunun açılması yönündə addımlar atmalı, qeyri-qanuni silahlı qüvvələrin bölgədən rədd olub getmələrini təmin etməlidirlər. Əks halda ermənilər əks cavab qərarı verilərkən Azərbaycan ordusunin bunu necə həyata keçirdiyini yaxşı bilirlər”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM