Sorğuda iştirak edin, Qarabağın dirçəlişinə töhfə verin

12:14 17-11-2022 | icon 427 | Cəmiyyət
Sorğuda iştirak edin, Qarabağın dirçəlişinə töhfə verin

Müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra xalqımızın qarşısında duran başlıca vəzifə Qarabağımızın bərpası və inkişafı, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsidir.

 

Versus.Az xəbər veriri ki, Qarabağ Dirçəliş Fondunun mövcud və potensial donorlar arasında keçirdiyi sorğuda iştirak etməklə Qarabağın bərpasına və inkişafına siz də öz töhfənizi verə bilərsiniz.

 

Fond Qarabağın bərpası və onun dünyanın ən gözəl guşələrindən birinə çevrilməsi üçün hər bir vətəndaşın fikir və təkliflərinə xüsusi önəm verir. Odur ki, sorğunun əsas məqsədi vətəndaşların Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlərə münasibətinin, bu prosesdə iştirakçılığının, mövqelərinin düzgün təhlil edilməsidir.

 

Sorğunun nəticələri Fondun gələcək fəaliyyəti, cəmiyyətin üzvlərinin bərpa prosesində iştirakçılığının təmin olunması və Qarabağın bərpası istiqamətində ianələrin cəlb olunmasına mühüm töhfə verəcək.

 

Qeyd olunmalıdır ki, sorğu anonim şəkildə keçirilir. Cəmi 3-5 dəqiqə vaxt sərf etməklə sorğuda iştirak edə və Qarabağın inkişafına dəstək ola bilərsiniz.

 

Sorğuda iştirak etmək üçün aşağıda qeyd olunan linkə daxil olun:

 

https://qdfaz.questionpro.com/ferdi-sorgu

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Gələn ay Şuşaya qayıdış BAŞLAYIR