Paşinyan çərçivə sazişi nəyə hesablanıb? -Açıqlama
“Çərçivə sazişi” başaldatmaqdır. Bizə elə bir sülh sazişi lazımdır ki, orada birmənalı olaraq vurğulansın ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır, Qarabağ Azərbaycan ərazisidir”.
Versus.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Ermənistanın baş naziri Nikol Paşinyanın sülh müqaviləsinə dair Azərbaycanla “çərçivə sazişi” təklifinə açıqlamasında bildirib.
Politoloq hesab edir ki, Paşinaynın “çərçivə sazişi” heç bir əhəmiyyət kəsb etmir və Azərbaycan heç vaxt ona getməz.
“Ermənistan kiməsə ümid edib əsas mövzulardan qaçmağa çalışır, prosesi ləngidir. Ona görə də düşünürəm ki, ilin sonuna qədər sülh sazişi imzalanmayacaq. Çünki Ermənistan Sülh sazişinin mətnini hazırlayacaq işçi qrupunu formalaşdırmayıb, sərhədlərin müəyyənləşməsi, dəhliz məsələsi yerində sayır. Belə olan halda irəliləyiş olmayacaq və gərginlik artacaq. Təbii ki, Ermənistanın təklif etdiyi “Çərçivə sazişi” heç bir halda çıxış yolu ola bilməz. O amorf bir sənəd olacaq. Paşinyan çərçivə sazişi ilə Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir”.
Pakizə
Versus.az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...