O, Ginnesin "Rekordlar"ına düşmüş azərbaycanlı ilə yarışmaq istəyir

08:14 28-11-2022 | icon 340 | Maraqlı
O, Ginnesin "Rekordlar"ına düşmüş azərbaycanlı ilə yarışmaq istəyir

Türkiyənin Sakarya əyalətinin Karasu rayonunun sakini Süleyman Dəmirçi adı Ginnesin "Rekordlar" kitabına düşmüş Azərbaycan əsilli Etibar Elçenin göstəricilərini qabaqlayıb.

 

Məlumata görə, Süleyman Dəmirçi hələ bir neçə il əvvəl təsadüfən dəmir əşyalarının bədəninə yapışdığını hiss edib.

 

Qeyd edilir ki, onun bədəni müxtəlif dəmir əşyaları maqnit kimi özünə çəkir. Dəmirçi qeyri-adiliyi ilə vətəndaşların da diqqətini cəlb edib. Rayonun "ən cəlbedici adamı" adlandırılan Dəmirçi bədəninə bağladığı 50 qaşıqla adını Ginnesin Rekordlar Kitabına yazdıran Azərbaycan əsilli Etibar Elçe Marneulinin rekordunu üstələyib.

 

Hələ 2014-cü ildə əlindən düşən alışqanın bədəninə yapışması nəticəsində orqanizminin xüsusiyyətini başa düşən Dəmirçinin bədəninə gümüş, qızıl, şüşə, daş, sikkə, metal qaşıqlar və digər müxtəlif əşyalar yapışır.

 

Xüsusiyyəti ilə görənləri təəccübləndirən Dəmirçi "təkcə metal əşyalar deyil, ağac, gümüş, daş nə varsa, hamısı bədənimə yapışır. Bir dəfə cəhd etdim, bədənim 90 qaşıq tutdu", - deyə bidirib.

 

"Azərbaycan əsilli Etibar Elçe Marneuli 50 qaşıqla "Rekordlar" kitabına düşüb. "Rekordlar" kitabının tərtibatçılarını Karasuya dəvət edirəm, onu keçsin. Gəlsinlər, onlara əyani nümayiş etdirim. Çoxlu sürprizlərim var", - deyib.

 

Xatırladaq ki, Azərbaycan əsilli Etibar Elçe 2011-ci ildə bədəninə yapışdırdığı 50 dəmir qaşıqla kanadalı Aaron Cayissiyenin 17 qaşıqlıq rekordunu qırıb. /report/

 

Türkiyə sakini Ginnesin "Rekordlar"ına düşmüş azərbaycanlı ilə yarışmaq istəyir - FOTOLARTürkiyə sakini Ginnesin "Rekordlar"ına düşmüş azərbaycanlı ilə yarışmaq istəyir - FOTOLAR

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür