“biletim.az” portalı istifadəyə verilir

11:18 09-12-2022 | icon 897 | Gündəm
“biletim.az” portalı istifadəyə verilir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində nəqliyyat sisteminin təkmilləşdirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər aparır.

 

Versus.Az xəbər verir ki, AYNA-nın göstərdiyi xidmətlərin elektronlaşdırılması, eləcə də bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən “biletim.az” portalı istifadəyə verilir.

 

Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması və s. baxımından bir sıra üstünlüklərə malikdir.

 

Onlayn bilet sistemi bu sahədə xidmət göstərən bütün daşıyıcıları və avtovağzalları mərhələli şəkildə əhatə edəcək.

 

Sistemin “Biletim” mobil tətbiqi də istifadəyə verilir. Mobil cihazlar üçün tətbiqi “App Store” və “Google Play”dan yükləmək mümkündür.

 

Biletlər 10 gün əvvəldən satışa çıxarılacaq.

 

Sərnişinlər bilet əldə etmək üçün biletim.az saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. QR-kod əsaslı bilet kağız və ya elektron formatda səyahət öncəsi təsdiq üçün sürücüyə və ya perron nəzarətçisinə təqdim olunmalıdır. Vətəndaşlar 15 dekabr tarixindən etibarən “biletim.az” portalı üzərindən onlayn biletləri əldə edə bilərlər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA