Xankəndidə xaos

13:53 14-12-2022 | icon 441 | Qarabağ
Xankəndidə xaos

Təşviş içindəki separatçılar “ekonom rejim”ə keçdilər

 

Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı erməni separatçılar arasında təşviş və xaos hökm sürür.

 

Belə ki, artıq separatçıların yanacaqla bağlı böyük çətinlikləri yaranıb. Buna görə də onlar “ekonom rejim”ə keçməli olublar.

 

Sosial şəbəkənin erməni seqmentindəki məlumatlarda qeyd olunur ki, yaranmış vəziyyətdən böyük qorxu keçirən təşviş içindəki separatçılar benzin, dizel yanacağı və maye qazla bağlı çatışmazlıq yaşayırlar. Məhz bu səbəbdən yanacaqla bağlı “ekonom rejim” qərarı alınıb. Həmçinin separatçılar insanlara ictimai nəqliyyatdan mümkün qədər az istifadə etməyi tapşırıblar.

 

Qeyd edək ki, bu “qərar”, əslində, separatçıların təşviş içində, nə qədər aciz və cılız durumda olduqlarının göstəricisidir. Sosial şəbəkə və erməni mətbuatında pafoslu bəyanatlardan çəkinməyən separatçılar öz acizliklərində Azərbaycanı ittiham etməyə cəhd göstərirlər. Halbuki, qazla bağlı məsələ dünyadakı mövcud geosiyasi durumda kifayət qədər təbii haldır və dünyanın bir çox ölkəsində də analoji problemlər müşahidə olunur.

 

Yanacaqla bağlı “ekonom rejim”ə keçən separatçılar isə ənənəvi erməni taktikasına keçir – “özünü məzlum kimi qələmə verərək mərhəmət dilənmək” variantından istifadə edirlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR